Bu gün:

Saqqız çeynəməyin fayda və zərərləri nələrdir?


Saqqız çeynəməyin faydaları həm fiziki, həm də psixoloji olaraq ön plana çıxır. Gün ərzində bir çox insanlar üçün vərdiş halına gələn saqqız faydaları ilə də böyük əhəmiyyət kəsb edir.
- Saqqız çeynəmək yaddaşı xeyli gücləndirir.
- Həm də gün ərzində vacib motivasiya dəstəyi verir.
 - Xüsusilə, çənə hərəkətini təmin etdiyi üçün yaddaşı gücləndirir.
 - Beyinə gedən qan nisbəti tarazlığa çatır və daha çox oksigen gedir.
 - Motivasiya ilə yanaşı, ayıqlığı da artıran təsirə malikdir.
 - Qəzəb və streslə birlikdə gərginliyi aradan qaldırmağa kömək edir.
 - Əzələ hərəkətlərini təmin etdiyi üçün balanslı şəkildə arıqlamağa kömək edir.
 - Saqqız çeynəmək bağırsaq hərəkətliliyinə kömək edir.
 - Quru ağıza qarşı tüpürcək istehsal edir.
 - Mədədən ağıza reflüksün qarşısını alır.
 - Ağız və dişlərin təmizlənməsi üçün çox vacibdir.

Saqqız çeynəməyin zərərləri varmı?
Bu şəkildə həzm sisteminə zərər verir, xüsusən də həzm sisteminə qida qəbul etmək üçün siqnal verməsinə səbəb olur.  Çünki bu zaman lazımsız turşu istehsalı baş verir və bu zərərlidir. Eyni zamanda, qarın nahiyəsində bəzi ağrılar ola bilər. Çox saqqız çeynəmək baş ağrısına və bəzi allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, çox saqqız çeynəmək yorğunluğa və çənə əzələlərinə zərər verə bilər.  Bu kimi səbəblərdən saqqız balanslı və nizamlı şəkildə çeynəməlidir.  Ölçülü saqqız çeynəmək bir çox fərqli faydalar fürsətini təqdim edir.

Kimlər saqqız çeynəməlidir?
Əslində, 7-dən 70-ə qədər hər kəs saqqız çeynəyə bilər. Çünki saqqızı aşmadan balanslı bir şəkildə çeynəmək əhəmiyyətli faydalar təqdim edir. Təbii ki, bəzi allergik problemləri və ya ciddi xəstəlikləri olan insanların saqqız çeynəməməsi tövsiyə olunur. Eyni zamanda, saqqızda olan yaş kriteriyalarından asılı olaraq azyaşlı uşaqların saqqız çeynəməsi də təhlükəlidir. Bundan başqa hər kəs, kişi, qadın və ya uşaq saqqız çeynəyə bilər. Xüsusilə, təklif etdiyi faydalarla əhəmiyyətli bir potensial yaradır.

Mənbə: milliyet
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et