Ana südündə də olan EPA və DHA omeqa 3 yağ turşularını ehtiva etdiyi üçün həftədə ən az iki dəfə istifadə edilməsi tövsiyə edilən balıq körpələrin və 10 aydan yuxarı uşaqların zəka inkişafına əhəmiyyətli qatqı təmin edir.
Yalova Universiteti Tibb Fakültəsi dekanı, eyni zamanda, Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi olan Prof. Dr. Vefik Arıca dənizlərdə ov mövsümünün sentyabrın 1-dən başladığını bildirib.
Tez-tez balıq istifadəsinin uşaqların intellektinə, hüceyrə və sümük inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayan Arıca deyib: "Balıq yüksək miqdarda protein, omeqa 3 və yod ehtiva edir. Bu, xüsusilə, uşaqlarda zəka inkişafını, hüceyrə yenilənməsini və beynin sümük inkişafını təmin edir. 10-cu aydan körpələrə balıq tövsiyə edirik".
Mənbə: Habertürk
Tərcümə etdi: Məryəm Məmmədova
