Bu gün:

Bir insanın neçə dostu olmalıdır?


İngiltərədə aparılan bir araşdırmada güclü və qalıcı dostluqlar qurmağın düsturu araşdırılıb. Oksford Universitetinin professoru Robin Dunbarın rəhbərliyi ilə aparılan araşdırmada 2 min yetkin insana dostluqları ilə bağlı suallar verilib. 

Sorğu iştirakçılarının nəticələrini qiymətləndirən elm adamları möhkəm və yaxın dostluq qurmaq üçün insanların 34 saat birlikdə vaxt keçirmələrinin kifayət etdiyini açıqlayıb. Mütəxəssislər möhkəm dostluğun təmin edilməsi üçün bu 34 saatın 6 ay müddətinə yayılmasının daha məhsuldar olacağını da ifadə ediblər.

Dunbar fərdlərin həyatları boyunca 150 mənalı əlaqə qura biləcəyinə diqqət çəkərkən "İnsanların 5 çox yaxın dostu, təxminən 15 yaxşı dostu, ünsiyyətdə olduqları 50 dostu və təxminən 150 tanışı ola bilər",-dedi.

Həmçinin "Dostluq psixoloji və fiziki sağlamlığımıza təsir edən ən mühüm amillərdən biridir",-deyə əlavə etdi.


Mənbələr: Haberekspres.com, Pinterest

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et