Bu gün:

Pişiklərin yoğurma hərəkətinin səbəbi nədir?


Pişiklərə qulluq edən insanların ən çox verdiyi suallardan biri də pişiklərin niyə masaj etməsidir. Bəs pişik masajı nədir? 

Balaca dostlarımızın ön pəncələri ilə etdiyi ritmik yoğurma prosesinə pişik masajı deyilir. Niyə pişik dostlarımız masaj edir? Bu vəziyyətlə bağlı dəqiq və qəti məlumat olmasa da, müxtəlif nəzəriyyələr mövcuddur.

Pişik masajı haradan gəlir?

Bizim pişik dostlarımızın masaj və ya yoğurma hərəkəti adlanan davranışları məhz onlar doğulduğu zaman başlayır. Gözləri hələ də bağlı ikən qidalanmaq üçün analarına bu hərəkəti edərək qidalanma ehtiyaclarını xatırladırlar. Bu kiçik canlıların masaj hərəkətləri təkcə onların ac olduqlarını bildirmir. Bu ana pişiyin südünün axmasını çox sürətləndirən bir hərəkətdir, çünki süd kanallarında təzyiq yarada bilir. 

Kiçik dostlarımız diqqət etdikləri insanları görəndə masaj edirlər

Bu masaj kiçik dostlarımızın dinc və xoşbəxt olduqları zaman etdikləri bir şeydir. Müşahidəçilər, ümumiyyətlə, pişik dostlarımızın sıx diqqətdən sonra masaj hərəkətləri etdiklərini düşünürlər. Beləliklə, pişik dostlarımızın bu şirin jesti onların sizi sevmək üçün istifadə etdikləri hərəkətlərdən yalnız biridir. Bu nəzəriyyədə pişik masajının, demək olar ki, cavab olduğunu söyləyə bilərik.

Bu yoğurma hərəkəti sizə edilən zaman ağrılı ola bilər. Əgər pişik dostunuz bu hərəkəti çox tez-tez edirsə və bu sizi incidirsə, aranıza yumşaq bir yorğan qoyub onun dırnaqlarının sizi incitməsinin qarşısını ala bilərsiniz. Əgər pişiklərinizin dırnaqlarına mütəmadi olaraq qulluq etsəniz, onlar bu hərəkəti edərkən heç bir ağrı hiss etməyəcəksiniz.

Mənbələr: Mihav.com, Pinterest

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et