Bu gün:

Qısa saç kəsiminin üstünlükləri



Qısa saç kəsiminin bir çox üstünlükləri var. Qısa saçlı olmağın sevincini, rahatlığını və asanlığını yalnız qısa saçlı insanlar anlaya bilər. Saçınızı qısaltdıqdan sonra yenidən uzun saça çevirmək istəmirsiniz, çünki qısa kəsilmiş saçların rahatlığına və təravətinə alışdıqdan sonra bu sizə uzun və çox əziyyətli görünə bilər. 
Uzun saçlı olmağın başqa bir çətinliyi də saçlarınızın daim üzünüzün qarşısında olmasıdır. Yerə düşmüş qələmi əlinizə götürəndə və ya çantanızda nəsə axtaranda uzun saçlarınız sizə mane olacaq. Amma qısa saçların belə problemi yoxdur. Küləkli havada belə üzünüzə toxunmayan və rahat hərəkət etməyinizə imkan verən qısa kəsilmiş saçlar az bir zamanda vərdişə çevrilir.


Səhərə qısa saçlarla hazırlaşmaq

Qısa saçlara sahib olmağın ən böyük üstünlüklərindən biri də səhər yuxudan duranda belə saçlarınızın gözəl görünməsidir. Uzun saçlarınızın dolaşıq olduğu səhərlərdən sonra qısa saçlarla oyanmaq sizi çox xoşbəxt və dinc edəcək. Qısa saçlarınızı düzəltmək üçün saç köpüyü və saç geli kifayət edəcəkdir. Saçınızı qısa kəsdikdən sonra görüşlərinizə, işinizə və bir çox yerə gecikməyi dayandıracaqsınız.


Qısa saçlarınız varsa, daraqla savaşmağa gərək qalmaz

Uzun saçlı insanların ən böyük problemi saçlarını daramaqdır. Bəzən dolaşıq saçlarınızı zədələmədən gözəl şəkildə daramaq dəqiqələr və ya saatlar çəkə bilər. Duşda da bu problemlər davam edir. Amma qısa saçlıların belə problemi yoxdur. İstənilən yerdə, istər çöldə, istərsə də duşda rahatlıqla saçlarını darayırlat. Qısa saçlı insanların saçlarının dolaşıq olması kimi problemlər çox da görünmür.


İdman edərkən qısa saçlar

Qısa saçlı insanlar qısa saçların nə qədər praktik olduğunu izah edirlər. Qısa saçlarınız varsa, saçınızı bağlamadan rahatlıqla hər cür idmanla məşğul ola bilərsiniz. İdman salonuna gedirsinizsə, məşqdən sonra duş qəbul etmək və saçınızı qurutmaqla hazırlaşmaq sadə olacaq və yalnız bir neçə dəqiqə çəkəcək. Yay istisində uzun saçların nə qədər sıxıcı ola biləcəyini təsəvvür edə bilərsiniz. Qısa saç kəsiminin üstünlükləri yuxarıda izah edilən uzun saç kəsiminin üstünlüklərindən daha çoxdur.


Mənbələr: Degisimkuaforr.com, Pinterest

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et