Bu gün:

"Böyük Ayı" ulduz qrupu


Daha çox "Böyük Ayı" və "Pulluq" ləqəbləri ilə tanınan "Ursa Major" asanlıqla görünən ulduz qrupları arasındadır. O, həm də bürclər arasında üçüncü ən böyük bürcdür. Qədim yunanlar Böyük Ayını "Ayı" kimi təsvir etdilər. Latınca mənası "Böyük" deməkdir.

Orion və Ülkər(M45) bürcləri ilə yanaşı, Böyük Ursa Müqəddəs Kitabda adı çəkilən üç astronomik varlıqdan biridir. Böyük Ursanın əsas gövdəsini təşkil edən yeddi ulduzdan biri istisna olmaqla, hamısı ikinci böyüklük ulduzlarıdır. Çömçə formasının sapı üzərində əyri meydana gətirən "Mizar Star" və "Alkor Star" adi gözlə asanlıqla görünən ulduzlardır.Alkor və Mizarı ayırd etmək qədim görmə testi kimi istifadə edilmişdir. "Merak" və "Dubhe" ulduzlarına tez-tez "Göstərici Ulduzlar" deyilir, çünki onlar birbaşa Qütb Ulduzuna (Polaris) işarə edən bir xətt təşkil edirlər.

Böyük Ayı - Böyük Ursa (Böyük Ayı) bürcündəki asterizmdir. Şimal səmasında ən çox tanış olan ulduz formalarından biri faydalı naviqasiya vasitəsidir. Asterizmlər naxışlar əmələ gətirən, lakin bürcdən kiçik və ya hətta onun bir hissəsi olan fərqli ulduz qruplarıdır. Ulduzları tapmaq adətən asan olur, çünki onlar bir-birinə yaxındır və təxminən eyni parlaqlıqdadır. 

Bu halda, Böyük Ayı içərisində səkkiz ulduz var. Onlardan yeddisi bir baxışda görünə bilər, səkkizincisi isə aydın “görmə” və yaxşı görmə qabiliyyəti olan bir ərazidə yalnız çılpaq gözlə qəbul edilə bilən görünən qoşa ulduzdur. Yunan mifologiyasında Böyük Ursa Zevsin çoxsaylı sevgililərindən biri olan "Callisto" kimi təsvir edilir. Bu, tarixi mifologiyalarda ən uğursuz ailə tanışlığı üçün şam yeməyindən biridə budur. Zevsin Callisto ilə münasibətindən yalnız bir övladı var, Arkas. Zevs elə bilirdi ki, nahardan sonra qayınatasının evindən qayıdacaq. Lakin o, qayınatası Arkası doğrayaraq, ondan yemək hazırlayaraq Zevsin həqiqətən Zevs olub-olmadığını öyrənməyin ağıllı bir fikir olacağını düşünəndə hər şey çox pis getməyə başladı. Təəssüf ki, qonaq Zevs bir az əsəbiləşdi. İldırım ətrafda uçmağa başladı və Kallistonun qardaşlarını öldürdü. Kallisto ayıya, atası isə canavara çevrildi. Xoşbəxtlikdən Zevs Arkasın bütün hissələrini toplayıb Arkası həyata qaytara bildi - Mayanın kiçik köməyi ilə. Lakin Zevs Arkasa anasının indi ayı olduğunu deyə bilmədi. Nəticədə Arkas nizəsini götürərək onu axtarmağa başladı. Hər şeyin səhv olduğunu və başqa çarə olmadığını anlayan Zevs Arkası səmaya Bootes bürcü, Kallistonu Böyük Ayı, atasını isə səmada qurd Lupus kimi yerləşdirdi.

Böyük Ayı bürcü nə kimi görünür? Böyük Ayı Yer səmasında tapmaq üçün ən asan ulduz nümunələrindən biridir. Şimal yarımkürəsində demək olar ki, hər hansı bir aydın gecədə görünə bilər və mətbəx çömçəsinin böyük nöqtəli təsvirinə bənzəyir.

Mənbə: Beyinsizler

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et