Səhər yeməyinin günün ən vacib yeməyi olduğu deyilir. Lakin ekspertlər bu inancın doğru olub-olmadığını uzun müddət araşdırıblar. Nəticədə səhər yeməyi digərlərindən daha vacibdirmi? sualına cavabı fərqli fikir ayrılığı ilə ifadə ediblər.
"Səhər yeməyində nə yeməliyik?" və ya "Səhər yeməyimiz lazımdırmı?" Bu kimi sualların cavabları hər bir insan üçün fərqlidir. Emma Stevenson, idman və məşq elmləri professoru deyir: "Qidalanma çox fərdidir". Bir insan üçün faydalı olan başqa bir insan üçün mütləq eyni təsirdə olmur. İnsanlar öz büdcələrinə və həyat tərzinə uyğun gələn qidalanma yanaşması tapmalıdırlar.

Səhər yeməyi günə başlamaq üçün bədəni və zehni enerji ilə təmin edən əhəmiyyətli bir yeməkdir. Bədəni qidalandırmaq üçün bir fürsətdir. Yeməkləri atlamamaq vacibdir. Lakin səhər yeməyi gündəlik qida ehtiyacının 20-25 faizini ödəməlidir. Günə enerji dolu başlamaq son dərəcə vacibdir.

Dietoloq Chloe Miles deyir ki, bir çox araşdırmaya əsasən səhər yeməyi yeyən insanlar daha balanslı qidalanır və artıq çəki riskini daha az yaşayır. O səhər yeməyinə necə münasibət göstərməli olduğumuz barədə məlumat verib. Günün ilk yeməyi haqqında bilməli olduğumuz şeylər bunlardır:

Səhər yeməyinə hansı qida qrupları daxil edilməlidir?
Səhər yeməyi əsas qida qruplarına əsaslanmalıdır. Səhər yeməyinə ideal olaraq karbohidratlı tam taxıl çörəklər və ya dənli bitkilər daxil edilməlidir. Bu qidalar lif mənbəyidir. Ürək xəstəliklərinin, diabetin, bəzi xərçəng növlərinin qarşısını alır, həzm sistemini yaxşılaşdırır və piylənmə riskini azaldır. Bundan əlavə, səhər yeməyinə meyvə və ya tərəvəzlə başlamaq yaxşı bir fürsətdir. Eyni şey süd və süd məhsullarında olan sümükləri gücləndirən kalsiuma da aiddir. Milesə görə, ət, balıq, yumurta və ya lobya da bizi uzun müddət tox saxlayacaq mühüm protein qaynağı sayılır.

Vaxtım azdır, nə yeməliyəm?
Səhər yemək bişirə bilmirsinizsə, tez yeyə biləcəyiniz az yağlı, hisə verilmiş somonla doldurulmuş pendirli simit hazırlayın. Bu şəkildə ürək dostu Omeqa-3 yağ turşularına və zülala olan ehtiyaclarınızı qarşılaya bilərsiniz. Yağlı, südlü, tam taxıllı səhər yeməyi , banan, sıyıq və qızardılmış çörək, yüksək lifli seçimlər arasındadır.

Sobada çörək üzərində həm rahat hazırlanır, həm də az yağ, yüksək lif və zülalı özündə birləşdirir. Səhər yeməyi üçün şəkər və duzu az olan variantları seçin. Yüksək protein və lif tərkibi ilə həftədə bir dəfə ispanaq, göbələk və tam buğda çörəyi ilə omletin başqa bir sağlam yemək yeyə bilərsiniz

Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
