
Çatlayan dodaqların səbəbi nədir?
Dodaqların çatlaması cəmiyyətdə ümumi və narahatedici sağlamlıq problemidir. Bəzən ağrıya səbəb ola bilər və hətta qanaxmaya səbəb ola bilər. Fiziki cəhətdən xoş görünməməsi ilə yanaşı, xəstəliyə səbəb olan mikroorqanizmlərin orqanizmə daxil olmasını asanlaşdırır və infeksiyaya yoluxma riskini artırır.
Dodaq nahiyəsindəki dəri toxuması digər bədən nahiyələrinə nisbətən çox daha incə və daha həssas bir quruluşa malikdir. Günəş, soyuq və quru hava kimi faktorlara məruz qalmaq dərinin qurumağa, çatlamağa və soyulmağa daha çox meylli olmasına səbəb olur. Dodaqlarda yağ bezləri yoxdur və buna görə də, ehtiyac duyduqları nəmi çıxara bilmirlər. Dodaqlarınızı mütəmadi olaraq nəmləndirərək onların qurumasını və çatlamasını önləyə bilərsiniz. Qış aylarında havadakı rütubətin miqdarının azalması, yay aylarında tez-tez günəşə məruz qalmaq dodaqların çatlamasına səbəb olur. Dodaqların qurumasının ən çox görülən səbəblərindən biri də dodaqların qeyri-iradi və intensiv yalanmasıdır. Tüpürcəkdə olan fermentlər dodaqlardakı nəm miqdarını azaldır, onların daha tez qurumasına və buna görə də çatlamasına səbəb olur. Hər kəsin dodaqları çatlaya bilər, lakin aşağıdakı xəstəlikləri olan insanlar daha çox risk altındadır: Quru dərisi olanlar A vitamini, retinoidlər, litium tərkibli dərmanlar və kimyaterapiya dərmanlarından istifadə edənlər.
Mənbə:incia.com
Tərcümə etdi: Rəhimə Cəmilova
