Bu gün:

Qlobal istiləşmə nədir?


İnsanlar dünyadakı təbii həyatı təhdid edən qlobal istiləşmənin nə olduğu ilə maraqlanırdılar. Qlobal istiləşmə haqqında öyrənmək istəyən insanlar qlobal istiləşmənin nə demək olduğunu, qlobal istiləşmənin nəyə səbəb olduğunu və qlobal istiləşmənin nəticələrini soruşurlar. Bəs, qlobal istiləşmə nədir?

Qlobal istiləşmə, əsasən ,atmosferə buraxılan qazların səbəb olduğu düşünülən istixana effekti nəticəsində Yer kürəsində il boyu quruda, dənizdə və havada ölçülən orta temperaturun artmasına verilən addır.

Bu gün alimlər qlobal istiləşmə ilə bağlı həmfikirdirlər. Qlobal İqlim Dəyişikliyi (GCC) sənaye, kənd təsərrüfatı və enerji istehlakı kimi insan fəaliyyəti nəticəsində atmosferdə miqdarı və sıxlığı artan istixana qazlarının yaratdığı qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişiklikləridir. Bu iqlim dəyişikliklərinə quraqlıq, səhralaşma, qeyri-sabitlik və yağıntılarda sapmalar, daşqınlar, tayfunlar, tufanlar, tornadolar və s. Meteoroloji hadisələrin artması kimi əlamətlərlə özünü göstərir.

Qlobal istiləşmənin atmosferdə artan istixana qazlarından qaynaqlandığı düşünülür. Karbon qazı, su buxarı və metan kimi bəzi qazların Günəşdən gələn radiasiyanın kosmosa əks olunmasının qarşısını alaraq və bu radiasiyada olan istiliyi udaraq yerin həddindən artıq istiləşməsinə səbəb olduğu düşünülür. 

 Qlobal istiləşməyə nə səbəb olur?

Qlobal iqlim dəyişikliyinin əsas səbəbləri:

Bu, əhalinin artımı və enerji istehlakı, torpaqdan istifadə, beynəlxalq ticarət və nəqliyyat kimi digər insan fəaliyyətinin artması ilə sənayenin inkişafıdır.  İqlim dəyişikliyinin əsas səbəbi qlobal istiləşmədir.  Buna səbəb atmosferdə “istixana qazlarının” artmasıdır.  Məlumdur ki, istixana qazları  insan fəaliyyəti ilə artır.  Karbon qazı (CO2) ən vacib istixana qazıdır;  Atmosferə avtomobillərin işlənmiş qazlarından, isitmə məqsədilə yandırılan yanacaqlardan və zavod bacalarından atılır.

Qlobal istiləşmənin nəticələri nələrdir?
Biz artıq qlobal istiləşmənin bir çox təsirlərini yaşayırıq. Qlobal istiləşmənin nəticələri bunlardır:
Buzlaqların əriməsi
Leysan yağışın miqdarının artması,
Dənizlərin su səviyyəsinin artması
Tufan və daşqınların zərərinin artması Bataqlıqların quruması
Buxarlanma və quraqlığın miqdarının artması.

Mənbə : Hürriyet 
Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et