Xarici təhlükələrə emosional reaksiyalarımız qorxu adlanır. Fobiyalarımız hiss etdiyimiz qorxu növüdür. Bir situasiyanın qorxusunun insanın gündəlik həyatına mənfi təsir etməsi fobiyadır. Fobiyalar insanlarda tez-tez görülən təşviş pozğunluqlarıdır. Fobiyaları olan insanlara fobik də demək olar.

Hər bir canlı instinktiv olaraq təhlükəli hesab etdiyi, varlığını və həyatını təhdid edən vəziyyətlərdən qaçır. İnsan şüuru bu qaçmağı qorxu kimi qəbul edir. Qorxu bir növ qabaqcadan xəbərdarlıq mexanizmidir. İnsanın təhlükəli və ya həyatı üçün təhlükə kimi qəbul etdiyi vəziyyətlərdən qaça bilməməsi və ya onlardan qaçmasına baxmayaraq emosional olaraq rahatlaya bilməməsi qorxunun idarədən çıxması deməkdir. İnsanın rahatlaya bilməməsi nəticəsində yavaş-yavaş qorxu və təşviş artaraq narahatlıq yarana bilər.
Bu narahatlıq insanın gündəlik həyatına mənfi təsir edir və insanın xaricində fəaliyyət göstərən bir mexanizmdir. Bu baş verdikdə, özümüzü qoruma mexanizmimiz və insanın əvvəlcədən xəbərdarlıq mexanizmi olaraq təyin etdiyimiz qorxu fobiyaya çevrilir. Bir insanın qorxuları və ya fobiyaları həmişə bir varlıq və ya vəziyyətlə bağlı olmaya bilər.
Fobiyalar cəmiyyətdə bir xəstəlik deyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir. Bu səbəbdən də müalicə üçün səhiyyə müəssisələrinə müraciət edənlərin sayı çox azdır. Fobiyalar kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Fobiya simptomları
Anksiyete simptomları ümumiyyətlə bir insanın qorxduğu bir hadisə, varlıq və ya vəziyyətlə qarşılaşdıqda baş verir. Panik ataklarda görülən simptomların çoxu fobiya hallarında da görülə bilər. İrəliləyən fobik hallarda ürək dayanması və hətta ölüm baş verə bilər.
Ürək döyüntüsü, üzün qızarması, üzdə qaşınma və yanma hissi, silkələmək, soyuq tər, bulanıq görmə, nəfəs darlığı, quru ağız, udqunma çətinliyi, ürəkbulanma, şüur itkisi, qan təzyiqinin qəfil azalması, huşunu itirmə, böhran, isterika, şok və s. simptomları müşahidə oluna bilər.
Mənbə: Medicalpark
Tərcümə etdi: Namiq Atamalıyev
