Bu gün:

Soğan doğrayarkən niyə gözlərimiz yaşarır?


Alimlər soğanın niyə göz yaşına səbəb olmasına dair yeni tapıntılar əldə ediblər. ABŞ-ın Klivlend şəhərindəki Case Western Reserve Universitetində aparılan araşdırmaya görə, soğan mikroblara və həşəratlara qarşı biokimyəvi müdafiə mexanizmini aktivləşdirən bir ferment ifraz edir. Bu fermentlər soğanın tərkibindəki sulfidləri parçalayır və onları kükürd oksidinə çevirir. Kükürd oksidi tez uçucu olur və havada sürətlə yayılan bu qaz gözə çatdıqda kostik turşuya çevrilir. Nəticədə göz kanalları tıxanır.

Lakin mütəxəssislərin fikrincə, bu kimyəvi birləşmə soğan doğrayarkən birbaşa gözlərin yaşarmasına səbəb olmur. Kükürd turşusu qazın gözyaşı ilə reaksiyası zamanı əmələ gəlir. Sülfürik turşunun gözü qıcıqlandırması nəticəsində göz yad maddələri təmizləmək üçün göz yaşı ifraz etməyə başlayır.

Mənbə: BBC News

Tərcümə etdi: Tahirə Bağırzadə


Paylaş
Şərh əlavə et