
Sosial mediada, forumlarda və internet saytlarında paylaşılan bəzi iddialar var ki, sizi “ola bilməz” deməyə vadar edə bilər. Pizza sözünün mənşəyinin həcminə görə olması iddiası da onlardan biridir.
Pizzanın mənşəyini həcm düsturuna əsaslandıran iddia aşağıdakı kimi ifadə edilir:
“Pizzanın adı onun həcmindən gəlir. Deyə bilərik ki, pizza radiusu z və hündürlüyü a olan silindrik bir yeməyi təmsil edir. (pi*z*z*a)"
Pizza sözünün mənşəyinin həcm düsturu əsasında olması iddiası, təbii ki, əsassızdır. Türk Dil Qurumunun “Üstünə, adətən, pomidor, zeytun, pendir, göbələk, müxtəlif növ ət və tərəvəzlər qoyularaq sobada bişirilərək hazırlanan pide” olaraq təyin etdiyi bu xəmir yeməyinin adının mənşəyi heç də həcm düsturu ilə bağlı deyil. Türkcə pide, yunanca pitta kimi yastı çörək mənasını verən pizza İtalyan mətbəxinin liderlərindən biridir. Pizza sözünün ilk izini 10-cu əsrdə (eramızın 997-ci ildə) Cənubi İtaliyanın Lazio şəhərinin Qaeta şəhərində yazılmış Latın mətnində tapmaq olar. Ancaq sözün mənşəyi ilə bağlı dəqiq fikir yoxdur. Məlumdur ki, babillilər, israillilər və misirlilər kimi qədim tayfalar saxsı sobalarda bişmiş mayasız yastı çörək yeyirmişlər. Pizza sözünün mənşəyinin qədim semit dillərinə gedib çıxdığını və “çökmək, dişləmə, parçalamaq” mənasını verdiyini iddia edən mənbələr var. Başqa bir iddia isə onun latınca qabığın atəşlə qaralması mənasını verən “picea” və ya “pancake” mənasını verən “pinsa” sözündən əmələ gəldiyidir. Anlaşıldığı kimi, sözün mənşəyi ilə bağlı izahatların heç birində “həcm” vurğusu və ya istinad yoxdur. Şagirdlərə həndəsi düsturları daha asan əzbərləmək və yaddaqalan etmək üçün istifadə olunan üsullardan biri də sözlərin hərfləri vasitəsilə assosiasiyalar yaratmaqdır. Həcm düsturu bəziləri tərəfindən "Pizzanın düsturu" kimi də təsvir edilir: Əgər "z" radius və "a" "pizza"da dərinlikdirsə, həcm = pi*z*z*a" (Qalınlıq = a, Radius = z, Həcmi = pi.z.z.a) yadda saxlanılır.Görünür, pizza adının mənşəyini həcmindən aldığı iddiası əslində təhrif və ya anlaşılmazlığın nəticəsidir.
Mənbə: Malumatfuruş
Tərcümə etdi: Tahirə Bağırzadə
