
Gün ərzində davamlı olaraq qaçdığınız və enerji sərf etdiyiniz üçün maye itkiniz də kifayət qədər yüksəkdir. Bu maye itkisini su və soyuq içkilərlə kompensasiya etməyə çalışırsınız. Susadığınız zaman və iş saatları arasında içdiyiniz bir stəkan su belə sizə verilən ən müqəddəs nemət qədər dəyərli olacaq.
Mütəxəssislər həmişə su içməyin vacib olduğunu dilə gətirirlər. Su içən bədənlə su içməyən bədən arasında böyük fərq olacaq. Su içənlər hüceyrələrini yeniləyərkən su içməyə laqeyd olanlar ölü hüceyrələrlə günlərini davam etdirəcəklər. Suyun dəri sağlamlığı, qan dövranı və həzm sistemləri, zehni inkişaf üçün faydaları saysız-hesabsızdır. İnsanları yaşadan və onlara enerji verən ən sağlam içki həmişə su olub. Su arıqlamaq istəyənlər üçün ən faydalı mayedir.
Maddələr mübadiləsinə uyğun suyun əhəmiyyəti həmişə yadda saxlanmalıdır. Mövzu içməli su və onun faydalarından gedirsə, demək olar ki, hər kəsin yaşadığı bir vəziyyətdən danışaq. Böyüklər insanların sıx olduğu yerdə dayanıb su içdiyini görəndə dərhal onlara “ay balam, ayaq üstə su içmə” deyə xəbərdar etməyə ehtiyac duyur. Bu vəziyyətin səbəbi haqqında heç düşünmüsünüzmü? Sadəcə adi su. Bir neçə saniyədə mədəyə gedən bu su ayaq üstə içilərkən olarkən nə zərəri olduğunu hər kəsi düşündürür.
Dayanarkən su içmək və oturarkən su içmək arasında incə xətlər var. Bu incə xətlər də sağlamlığınız üçün nəzərə alınması lazım olan vəziyyətlərdir. Bu vəziyyətə həm elmi, həm də mənəvi baxımdan baxsaq, yaxşı olar.
Ayaq üstə su içməyin zərərləri nələrdir?
1) Mədə və bağırsaq xəstəliklərinə tutulma riski artır
İnsanların mədələri duruşlarına görə dəyişir. Oturarkən və dayanarkən mədəniz eyni vəziyyətdə olmayacaq. Ayaq üstə duran insanlar maye qəbul etdikdə qəbul edilən maye birbaşa onikibarmaq bağırsağa çatır. Bu səbəbdən içməli suyun tərkibindəki minerallar orqanizmə qarışmadan həzm olunur. Bu zaman su sağlamlıq üçün əhəmiyyətini itirir. Sadəcə su içmək üçün içirsən.
Hədislərdə ayaq üstə su içməyin zərərləri də vurğulanır. Bu gün ayaq üstə su içmək təkcə təhlükəli deyil. Peyğəmbərlər dövründə bu məsələnin insan sağlamlığı üçün nə qədər təhlükə yaratdığı hədislərlə məlumdur.
2) Mikrobların orqanizmdən atılmasının qarşısı alınır
Onikibarmaq bağırsağa birbaşa çatan su mədədə yığılmır. Faydalarını saymaqla qurtara bilmədiyimiz suyun orqanizmə heç bir təsiri yoxdur. Mədədə su qalmayacağından mikroblar bədəndən xaric edilə bilməz. Bu sizi gələcək xəstəliklərə hazırlayır. Ayaq üstə duraraq su içməyin zərərlərini qısaca ifadə etsək, bədən müqavimətinizi zəiflədir və sizi mikroblarla tanış edir.
3) İmmunitet sistemi zəifləyir
Əgər ayaq üstə su içsəniz, mədənizin ehtiyacı olan su faydasız olar. Beləliklə, susuz qalan mədə bu vərdişdən sonra müxtəlif xəstəliklər üçün mühit hazırlayacaq. Bədəndə oturarkən su içməyin təsiri sayəsində bədənin müqaviməti artacaq və daha sağlam olacaqsınız. Suyun həyatınız üçün əhəmiyyətini bir daha anlaya bilərsiniz.
Mütəxəssislər bildirirlər ki, hər yerdə tələsik su içməyin orqanizmə heç bir faydası yoxdur. Mümkünsə, bir yerdə oturub dik vəziyyətdə su içməyi vurğulayırlar. Bu sayədə bir müddət mədədə qalan su orqanizmdə lazımlı funksiyaları yerinə yetirəcək və maddələr mübadiləsini aktivləşdirəcək. Mədə turşuları işləyəcək və mikrobları məhv edəcək.
Mənbə: Nefis yemek tarifleri
Tərcümə etdi: Aysel Aslanova
