Filmlərə mövzu olan məşhur Everest dağı dünyanın ən böyük dağıdır. Bir çox alpinistləri həyəcanlandıran Everest zirvəsi hər il milyonlarla ziyarətçiyə ev sahibliyi edir. Amma alpinistlər üçün Everestin zirvəsinə qalxmaq mühüm məsələdir. Çünki Everest dağına çıxan bir çox alpinistlərin dırmaşarkən həyatını itirdiyi məlumdur. Hündürlüyü dəniz səviyyəsindən 8848 metr yüksəklikdə olan Everest dağına çıxan hər 10 nəfərdən 1-i ölür.

Alpinistlər soyuqdəymə, baş travması, beyin şişi və həddindən artıq yorğunluq kimi səbəblərdən ölürlər. Dağın hündürlüyü və soyuqluğu əraziyə çatmağı çətinləşdirir. Bu vəziyyət Everest dağından cəsədlərin toplana bilməməsinə gətirib çıxarır.
Everest zirvəsinə qalxan ilk şəxs Corc Mallori adlı alpinist olub. 1924-cü ildə baş verən bu hadisə ölümlə nəticələnib. Mallorinin cəsədi 75 ildən sonra tapıldı. Dağa daha bir dırmaşma 1996-cı ildə baş verdi. Hindistanlı alpinist Tsevanq Paljor dağa qalxarkən qarşılaşdığı qar fırtınası nəticəsində dünyasını dəyişib.
Alman alpinist Hanelor Şmatz da soyuqdan və həddindən artıq yorğunluqdan dünyasını dəyişib. Dağda ölən ilk qadın kimi tanınan Şmatzın cəsədi ayağa qalxmağa çalışarkən tapılıb.
Everestdə ölümlər təkcə soyuqdan və ya yıxılmadan baş vermir. Bir çox alpinistlər dincəlmək üçün yuxuya getdikdən sonra heç vaxt oyanmırlar.
2006-cı ildə istirahət edərkən dünyasını dəyişən Devid Şarp ən bədbəxt adlardan biridir. Soyuqdan və yorğunluqdan ölmək üzrə olan Şarpın yanından 30 alpinistin keçməsinə baxmayaraq onlardan heç biri Şarpa kömək etməyib.
2012-ci ildə zirvəyə qalxan ilk alpinist Şriya Şah-Klorfin zirvəyə çatdıqdan 25 dəqiqə sonra dünyasını dəyişib.
Everest dağında hələ də 200-dən çox naməlum cəsədin olduğu bilinir.
Mənbə: Onedio
Tərcümə etdi: Sevil İsmayılova
