Bu gün:

Əsl sevgini tapdığımıza necə əmin ola bilərik?


Ola bilsin ki, ağ atlı şahzadə və ya saçları brilyant kimi parlayan şahzadə ilə heç vaxt qarşılaşmayacağıq, amma bu o demək deyil ki, nağıl sevgisi yaşamayacağıq. Aşiq olmadan əvvəl bir insanın həyatını tək bir insana həsr etməsi fikri hər kəsə çox qəribə görünür. Sonra "doğru insan" dediyimiz insanla rastlaşanda həyatımızı necə yalnız bir insana həsr edə bildiyimizi daha yaxşı anlayırıq.
Onun yanında olanda necə göründüyünə əhəmiyyət vermirsən: saçın dağılıb, makyajın axıb, köynəyində ləkə var, fərqi yoxdur. Onsuz da bunlar səni sən edən şeylər deyil. Doğru insan üzünüzə baxanda paltarınızı deyil, yalnız ürəyinizi görür. Dünyanın ən dinc yeri onun yanındadır.  Sanki bütün dünya bir anlığa dayanıb. Zaman anlayışı artıq sizin üçün vacib deyil. Quşlar sənin üçün oxuyur, külək yalnız sənin üçün əsir. Onun yanında rol oynamaq və ya taktika tətbiq etmək lazım deyil. Çünki o səni olduğun kimi həyatına qəbul edib. Qəzəblənəndə, kədərlənəndə, dəli kimi güləndə və bütün anlarında sənə olan hissləri heç vaxt dəyişməyəcək. Səni səndən çox düşünür. Hər dəfə evdən çıxanda sənə “qalın geyin” deyir. Divanda yuxuya gedəndə səni ayıltmağa dözməyib üstünü örtür. Xəstə olanda sənə zərif davranır, sanki kövrək şüşəsən. Bütün gələcək xəyallarda o da var. Gözlərini yumub 20 ildən sonra harada və nə işlə məşğul olduğunu düşünəndə o səninlədir. Bütün həyatınızı onunla keçirə biləcəyinizi başa düşürsünüz. Onunla yola getmək dünyanın ən asan işidir. Bir-birinizə nə düşündüyünüzü baxışlarınızla deyə bilirsiniz. Eyni anda eyni şeyi düşünməyin həzzi sizə tamam başqa xoşbəxtlik bəxş edəcək. Davaların və ürək ağrılarının həyatınızda yeri yoxdur. Təbii ki, mübahisələriniz olacaq, amma davaya çevrilməmiş şirin bir sözlə bitəcək. Və nə olursa olsun, o səni heç vaxt tək qoymaz.
Kimisə sevdiyimizi necə anlayaq?
Onu xatırlayanda ömrü saatlardan asılı olan bir kəpənəyin təlaşı kimi ürəyin titrəyirsə... Adı çəkiləndə kədərdən sevincə keçirsənsə... Yanında olanda pərvanəyə çevrilən əllər onsuz ilişib qalırsa... Sinifdə, ofisdə, yolda, çarpayıda özünü rahat hiss etmirsənsə və onun adı çəkiləndə sənin xəbərin olmadan üzün ətirli çörək dilimi kimi qızarırsa...Həyat onunla gözəl, onsuz qaranlıqsa...Kimsə sizə nəyisə izah edəndə, “kaş ki, o izah etsin” düşünürsünüzsə...Qoxusu burnunuzdan, səsi qulağınızdan getmirsə...Həm heç kim bilməsin, həm də bütün dünya bilsin istəyirsinizsə... Səbəbsiz küsüb, səbəbsiz barışırsınızsa...Eşqiniz qürurunuza üstün gəlirsə,
SİZ SEVİRSİNİZ...
Mənbə: onedio.com
Tərcümə etdi: Gülnisə Əfkari
 


Paylaş
Şərh əlavə et