Bu gün:

Nənələrimizdən öyrəndiyimiz həyat xilasedici tövsiyələr


Mətbəxdə öyrənilən metodlar çox vaxt işimizi asanlaşdırır və yeməkləri daha dadlı edir. Texnologiyanın inkişafı ilə hər gün yeni məlumatlar öyrənsək də, qədim zamanlardan miras qalmış praktiki bilikləri də unutmamalıyıq. Bu məlumatlar, xüsusən də böyüklərimizdən öyrəndiklərimiz bəzən mətbəxdə həyat qurtara bilər. Nənələrimizdən bizə miras qalan 17 praktik məsləhət:

Əgər üzərinizə yemək tökmüsünüzsə, dərhal ləkələnmiş yerə duz tökün və yağı udması üçün parçanın üzərində saxlayın. 

Çuğunduru kəsərkən barmaqlarınızda qalan bənövşəyi ləkələrdən xilas olmaq üçün əllərinizi limonla yaxşıca ovuşdurun.

Dibi yanmış qazandan yeməkləri boşaltdıqdan sonra qazanın dibinə bir ovuc duz tökün və 15 dəqiqə qaynadın. İstəsəniz, bir çimdik soda da əlavə edə bilərsiniz.

Yumurtaları qaynadarkən çatlamaması üçün suya bir çimdik duz əlavə edin.

Milçək və həşərat dişləməsindən sonra qaşıntıları aradan qaldırmaq üçün həmin nahiyəyə yarım soğan və ya yarım kartof sürtmək lazımdır.

Təzə çörəyi dilimləyərkən dağılmaması üçün əvvəlcə bıçağı qaynar suda saxlayın, sonra qurudun və çörəyi kəsin.

Bir güldandakı qızılgüllərin ömrünü uzatmaq üçün suyuna toz halına salınmış aspirin əlavə edin.

Qabyuyan yuyucu vasitəniz bitmək üzrədirsə, çox az miqdarda sirkə əlavə edə bilərsiniz.

Fincan dibində qalan çay və qəhvə ləkələrindən qurtulmaq üçün stəkana duz və limon suyu əlavə edib ovuşdurun.

Şorbanız çox duzludursa, bir neçə dilim kartof əlavə edin. Kartof artıq duzu udur. Şorba bişdikdən sonra kartofu çıxara bilərsiniz.

Soyuducudakı pis qoxulardan xilas olmaq üçün kiçik bir qaba türk qəhvəsi və düyü əlavə edin. Bu qarışığı soyuducuda saxlayın.

Soğanların cücərməsinin qarşısını almaq üçün onları kapron corabda saxlayın.

Plovu tamamilə ağappaq etmək üçün bir neçə damcı limon suyu və şəkər əlavə edin.

Xəmiri qarışdırarkən qaşığın yapışmaması üçün əvvəlcədən qaşığı süddə isladın.

Yeməkləri qızardarkən yaranan qoxunun qarşısını almaq üçün tavanın içərisinə bir neçə yarpaq cəfəri əlavə edin.

Kələmi qaynadarkən yaranan pis qoxunu aradan qaldırmaq üçün qaynar suya alma qabıqları əlavə edin.


Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et