Bu gün:

Dişlərimiz barədə doğrusunu bilmədiyimiz fikirlər


1) Diş daşlarımı təmizlətsəm, dişlərim daha tez çirklənəcəkmi?

-Xeyr, diş daşının əmələgəlmə sürəti ağzın təmiz və ya çirkli olmasına deyil, ağız gigiyenasına bağlıdır. Dişlərimizi kifayət qədər fırçalasaq, yenidən diş daşı əmələ gəlməsinin qarşısını almış oluruq.

2) Dişlərimə yaxşı qulluq etsəm, diş həkiminə getməyimə ehtiyac qalmır.

-Xeyr, görünməyən interfeys kariyesləri yalnız stomatoloqun müayinəsi zamanı aşkarlanır.

3) Dişlərimi soda ilə fırçalasam, daha ağaracaq və daha sağlam olacaqlar?

-Xeyr, soda böyük hissəcikləri olan bir maddədir və onunla minanı fırçaladığımız zaman bərk minanın səthi cızılır, aşınır və ləkələrə daha çox meyilli olur. Bu səbəblə çay sodası, duz kimi hissəcikləri olan maddələrlə dişlərinizi fırçalamaq düzgün deyil.

4) Dişlərin ağardılması dişlərə zərər verirmi?

-Xeyr, bu gün istifadə olunan ağardıcı maddələr kifayət qədər təhlükəsizdir və tətbiqi asandır. Dişlərin rəngsizləşməsinə təsiri var. Dişlərə zərər vermir. Onlar yalnız diş həkiminin nəzarəti altında tətbiq edilməlidir.

5) Dişləri bərk fırçalamaq onları daha yaxşı təmizləyir və daha yaxşı ağardır

-Xeyr, sərt fırçalama diş minasını zədələyir və dişdə xroniki travma yaradaraq aşındırır. Aşınmış sahələr kariyesin əmələ gəlməsini sürətləndirəcək.

6) Hər hamiləlikdə anadan kalsium çəkildiyi üçün diş itirilir

-Xeyr, hamiləlik zamanı hormonal dəyişikliklərlə ağız florası dəyişdiyi üçün diş əti və dişlər mənfi təsirlənir. Kalsium anadan götürülə bilməz.

 7) Hamiləlik zamanı diş həkiminə gedə bilməzsiniz

-Xeyr, ginekoloq uyğun görsə, üçüncü və altıncı aylar arasında diş müalicələri edilə bilər.

8) Süd dişləri onsuz da dəyişəcək, müalicəyə ehtiyac yoxdur.

-Xeyr, süd dişləri gələcək daimi dişlərin çıxmasına rəhbərlik edir. Buna görə də, yeni diş çıxana qədər ağızda qalmalıdırlar. Əgər onlar erkən itirilsə, dişlərin düzülüşü pozulacaq.

9) Süd dişi iynə ilə çəkilsə, altında heç bir diş çıxmaz.

-Xeyr, süd dişinin çəkilmə üsulu altından gələcək dişə təsir etmir.

10) Diş ağrıyanda üzərinə aspirin, odekolon, spirt və s . yerləşdirilərsə, ağrı keçər.

-Xeyr, əksinə, bu tip maddələr yumşaq toxumalara yandırıcı təsir göstərdiyi üçün zərər verir.

Mənbə: Essemdis 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et