
Qısa cavab: Refleks
Uzun cavab: Asqırma, ümumiyyətlə, zərərli hissəciklərin burna daxil olması və ya ətraf mühitin qəfil dəyişməsi nəticəsində yaranır. Burunlarımız o qədər həssasdır ki, hətta temperaturun dəyişməsi də asqırmağa səbəb ola bilər.
Bəs biz asqırarkən niyə gözlərimizi yumuruq?
Əslində, bu sadəcə bir refleksdir. Bu, istər-istəməz baş verir. Necə ki, diz qapağımıza sərt bir cisimlə yüngülcə vurulduqda ayağımız təpikləyirmiş kimi qabağa tullanır.
Elmi araşdırmalar göstərir ki, asqırarkən gözlərimizi yummasaq belə, göz əzələləri gözləri qoruyacaq qədər güclüdür. Başqa sözlə, bu, bizim gözümüzə heç bir xeyir vermir.
Mənbələr: Hürriyet, Pinterest
Tərcümə etdi: Aydan Qasımova
