Bu gün:

Gələcək narahatlığını aradan qaldırmaq üçün 7 yol



Qlobal dünyanın canlı, izdihamlı, xaotik və bəzən çətin nizamı insanların üzərində dərin izlər buraxır. Bu izlərin bəziləri zaman-zaman bizə meydan oxuyan mənfi əhval-ruhiyyə kimi görünə bilər. Məsələn, gələcəklə bağlı narahatlıq. Keçmişdən sonra bilinməyən yeniyə doğru addımlama narahatlığı olaraq təyin oluna bilən gələcək narahatlığı gündəlik həyatın davamını çətinliyə sala bilər.


Məsələn, Birləşmiş Millətlər Təşkilatının 2021-ci ildə 149 ölkədə apardığı araşdırmanın nəticələrinə görə hazırlanan Dünya Xoşbəxtlik Hesabatında ötən il 93-cü olan Türkiyə bu il 104-cü yerə geriləyib.

İşsizlik, qeyri-müəyyənlik və maliyyə narahatlıqları kimi səbəblər Z nəslinə hər gün daha çox təsir edən məyusluğun mənbəyi kimi sıralanır.

Başqa sözlə, gələcəklə bağlı narahatlıq məyusluğun və köçün əsas səbəbidir.

Gələcəklə bağlı narahatlığa gəldikdə bilməli olduğunuz ən mühüm həqiqət tək olmadığınızdır. Siz hazırda dünyada gələcəklə bağlı narahatlıqla mübarizə aparan milyonlarla insandan birisiniz və bu narahatlıq tamamilə müalicə edilə bilər. “Qeyri-müəyyənlik qorxusu” olaraq təyin edə biləcəyimiz bu vəziyyəti bir az daha yaxından müşahidə edək və narahatlığı aradan qaldırmaq üçün nələr edə biləcəyimizi görək.


Gələcək narahatlığının gündəlik həyata təsiri

Minimum səviyyədə saxlandıqda sizi problemləri həll etməyə təşviq edən bir duyğu olan gələcəklə bağlı narahatlıq sıx şəkildə yaşandıqda yaşamağa davam etmək, vəzifə və məsuliyyətləri yerinə yetirmək və həyatdan həzz almaq istəyinizi əngəlləyə bilər. Gələcəklə bağlı güclü narahatlıq, hər şeydən əvvəl özünüzə baxışınıza təsir edir. Uğursuzluq qorxusu özünüzə inamınızı məhv edir. Ancaq insanın gündəlik həyatını davam etdirmək motivasiyası, konsentrasiyası, işləmək və irəliləyiş arzusu itməyə başlaya bilər. Buna görə də narahatlığı aradan qaldırmaq üçün səy göstərmək lazımdır.


Gələcək narahatlığını aradan qaldırmaq üçün nə etmək olar?


1. Yeniliklərə açıq olun. Zamanın gətirdikləri ilə ayaqlaşın, özünüzü zamana və yenilənmiş texnologiyaya uyğunlaşdırın. Bu yolla gələcəyə hazır ola bilərsiniz.


2. Gələcəklə bağlı güclü narahatlıqla yaşasanız belə, özünüz üçün bir yol xəritəsi çəkməyi unutmayın. Gələcək üçün gözləntiləriniz və real hədəfləriniz olsun. Heç vaxt gələcək üçün planlar qurmağı dayandırmayın.


3. Şəraitinizlə bağlı realist olun. Mövcud vəziyyətlə bağlı realist olduğunuz zaman gələcək planlarınız ardıcıl və daha əlçatan olacaq. Bu planlara əməl edib hədəflərinizə bir-bir çatdığınız zaman özünüzə inamınız artdıqca narahatlığınız da azalacaq. Uğurlarınızın hər biri sizə bir daha xatırladır ki, həyatınızın idarəsi öz əlinizdədir.


4. Hədəflərinizə gedən yolda qarşılaşa biləcəyiniz maneələrə psixoloji cəhətdən hazır olun. Özünüzə tez-tez xatırlatın ki, heç bir şey hamar deyil və bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Böhran vəziyyətlərini idarə etmək üçün bacarıqlarınız üzərində tez-tez fikir məşqləri edin.


5. Keçmişlə bağlı "nə olarsa" və gələcək haqqında "görəsən" ilə heç bir zaman vaxt itirməyin. Bu anda qalın. Mövcud şəraiti nəzərə alaraq sizin üçün ən yaxşı olduğunu düşündüyünüz variantları reallaşdırmağa enerjinizi sərf edin.


6. Hər zaman yaxşı ailə və dostluq münasibətlərini həyatınıza daxil edin. Unutmayın ki, isti bir ailə mühiti və şən dostluq mühiti ilə bir çox qayğılarınızın öhdəsindən gələ bilərsiniz.


7. Ehtiyac duyduğunuzu hiss etdiyiniz anda narahatlığınızı azaltmağa, həyat enerjinizi və özünə inamınızı bərpa etməyə, gələcəyə daha ümid dolu gözlərlə baxmağınıza kömək edəcək etibarlı əlavə məhsullardan yararlanın.


Mənbə: Titansboost.com

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et