Bu gün:

Yol nişanlarının tarixi


Bilirəm ki, bunu düşünən tək mən deyiləm: “Bu qanunu kim icad edib, bunun heç bir mənası yoxdur”. Əgər siz mənimlə razəsınızsa, bu məqalə yolun ən qədim qanunlarından bəzilərini və yol hərəkəti qanunlarının ilk dəfə harada qəbul edildiyini göstərəcək.

Şəhər hərəkətini tənzimləmək üçün ilk cəhdlər Qay Yuli Sezar tərəfindən qədim Romada gerçəkləşdirilib. Eramızdan əvvəl 50-ci illərdə onun fərmanı ilə bəzi şəhər küçələrində birtərəfli hərəkət tətbiq edilib.

Yol hərəkəti qaydalarının müasir tarixi 10 dekabr 1868-ci ildə Londondan, Parlamentin qarşısındakı meydanda rəngli disk olan mexaniki dəmir yolu semaforu qurulmasından başlayıb. Onun ixtiraçısı Con P. Nayt dəmir yolu semaforu mütəxəssisi olub. Cihazın 2 qanadı var idi: Qanadlar fərqli mövqeləri əks etdirirdi: üfüqi – “dayanma”(stop) siqnalı, və 45° enmə bucağı altında ehtiyatla hərəkət edə bilərsiniz. Qaranlıqdan sonra qırmızı və yaşıl işıq siqnalı verən fırlanan qaz lampası işə salınıb. Lakin cihazın tətbiqi uğursuz olub və 1869 – cu il 2 yanvarda partlayıb.

14 avqust 1893-cü ildə Fransada avtomobillər üçün ilk yol hərəkəti qaydaları qəbul edilib. 1909-cu ildə isə Parisdə keçirilən konfransda ortaq Avropa yol qaydalarının yaradılması qərarı qəbul edilib. Müasir yol nişanlarına yaxın – “Şlaqbaumlu dəmir yolu keçidi”, “Nahamar yol”, “Təhlükəli döngə” yol nişanları müəyyənləşdirilib.

1953-cü ildə isə piyada keçidi mənasında olan, indi bizim “Zebra” kimi tanıdığımız ilk yol işarəsi yaranıb. Əlavə olaraq, 1931, 1949, 1968-ci illərdə yol hərəkəti işarələri ilə bağlı müxtəlif konvensiyalar keçirilib.

Mənbə: healinglaw.com

Tərcümə etdi: Aytac Musayeva 


 


Paylaş
Şərh əlavə et