
İndiyə qədər istifadə etdiyiniz bütün təmizləyici vasitələri unudun. Bu 8 qeyri-adi məhsul sevimli təmizlik ləvazimatlarınızı əvəz edəcək.
Hər kəsin ev təmizliyi üçün istifadə etdiyi bir neçə sevimli məhsul var. Yaxşı, evinizdə bəzi yerləri qeyri-adi materiallarla təmizləyə biləcəyinizi bilirdinizmi?
Ketçup: Paltarda qoyduğu ləkələrlə məşhur olan ketçupun qazan və tavalardakı tünd ləkələri və digər ləkələri həll etməyə kömək etdiyini bilirdinizmi? Gümüşün cilalanması üçün də çox təsirli bir həlldir.
Ağ çörək: Ağ çörək yapışqanlığı ilə məşhurdur. Ənənəvi təmizləyici materialların çıxara bilmədiyi ləkələri çıxarmaq üçün istifadə edilə bilər. O, həmçinin qırıq şüşə parçaları toplamaq üçün mükəmməldir.
Qəhvə : Qəhvə ləkələri ketçup ləkələri qədər məşhurdur, lakin qəhvə də qoxu udma xüsusiyyətləri ilə tez-tez gündəmə gəlir. Evinizdə arzuolunmaz qoxuların qarşısını almaq üçün müəyyən künclərə qəhvə qoya bilərsiniz.
Ağ düyü: Uzun nazik vazaların içinə əlinizi qoyaraq yuya bilmirsinizsə, onları təmizləmək üçün düyüdən istifadə edə bilərsiniz.
Alkoqolsuz içkilər: Qazlı sərinləşdirici içkilər içməkdən həzz ala bilərsiniz, lakin onların başqa məqsədlərə də xidmət edə biləcəyini bilirdinizmi? Məsələn, inadkar ləkələri çıxarmaq üçün.
Hidrogen peroksid: Siz yaralanana və ya xəstələnənə qədər dərman şkafının bir küncündə unudulan hidrogen peroksid təmizlikdə də ustadır. Xüsusilə metal səthlərin təmizlənməsində təsirli və faydalıdır.
Qarğıdalı nişastası: Bəzi reseptlərdə inqrediyentlər siyahısında görünməkdən başqa, qarğıdalı nişastası təmizləmə üçün də istifadə edilə bilər. Xüsusilə xalçaların təmizlənməsində təsirlidir.
Spirti: Yaraları dezinfeksiya etmək və sağaltmaq üçün istifadə edilən spirti əslində ən çox yönlü təmizləyicilərdən biridir. Elektron cihazları dezinfeksiya etməyə və təmizləməyə kömək edir və ən sərt ləkələrdən qurtulmanıza kömək edir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
