Amerikanın Xristofer Kolumb tərəfindən kəşfi ilə bir çox qida dünyanın müxtəlif yerlərinə yayıldı. Kristofer Kolumbun kəşfi sayəsində mətbəxlərimizə daxil olan 8 qidanı təqdim edirik:
Xristofer Kolumbun Amerikanı kəşf etməsi özü ilə bir çox yeniliklər gətirdi. Ən məşhur yeniliklərdən biri yemək idi. 1492-ci ildə İspaniya kralı Ferdinand və onun kraliçası Kolumbun ekspedisiyasını dəstəklədilər. Genuyalı dənizçi Xristofer Kolumb Atlantik okeanını keçərək Asiya qitəsinə çata biləcəyini sübut etmək istəyirdi. İspan sülaləsi düşünürdü ki, əgər bunu sübut edə bilsələr, ticarət daha sərfəli olacaq, çünki məsafə daha qısa olacaq. Kolumb ilk səfərində Baham adalarına endi. Taino qəbiləsinin yerli əhalisi dünyanın heç bir yerində bilinməyən şeylər yeyirdilər: balqabaq, qarğıdalı və lobya...
Kristofer Kolumb tərəfindən kəşf edilən qidalar
Qarğıdalı

Taino qəbiləsinin ən çox yediyi qida qarğıdalı idi. Bu qida İspaniyaya çatdıqdan sonra geniş şəkildə yeyilməyə başlandı. Qarğıdalı Çinə çatanda geniş diqqəti cəlb etdi. Qarğıdalının Qara dənizə çatması uzun müddət çəkdi.
Balqabaq və ya boranı

Amerikada yedişdirilən balqabaq Baham xalqının sevə-sevə yediyi qidalardan biri idi. Eyni zamanda, balqabaq dünyanın başqa yerlərində yetişsə də, Kolumbun səyahətlərindən sonra Avropaya çatmışdır.
Kartof

Bu gün demək olar ki, hər yeməkdə istifadə edilən və sevilən kartofun həm ağ, həm də şirin sortları Cənubi Amerikanın And dağlarından gəlir. Rayonun yerli əhalisi orta hesabla 200-ə yaxın müxtəlif çeşiddə kartof yetişdirmiş, hətta onu dondurmaqla qoruyub saxlamağa nail olmuşlar. Avropada irlandlar və şotlandlar tərəfindən çox sevilən kartof 19-cu əsrdə İrlandiyada baş verən böyük qıtlıq zamanı Şimali Amerikaya gətirilib.
Turp, qovun və ya yemiş, noxud

Kolumb ikinci səfərindən qovun, noxud və turpla qayıtdı. Bundan əlavə, Amerika qitəsində tanınan buğda, arpa, şəkər qamışı və sitrus meyvələri də kəşfiyyatçılar tərəfindən Avropaya gətirilmişdir.
Acı qırmızı bibər

Mərkəzi və Cənubi Amerikada olan acı qırmızı bibərin toxumları Amerika qitəsinin kəşfindən bir il sonra İspaniyaya aparılıb və əkilib. Sonra bütün dünyaya yayıldı. Lakin kakao və ananas da Avropaya gətirildi və qısa müddətdə ətrafa yayıldı.
Pomidor

Cənubi Amerikanın qərb sahillərində bitən pomidor bu gün ən çox yeyilən qidalardan biridir. Avropalılar bu qidanı ilk dəfə görəndə yarpaqlarından gələn qoxuya görə onun zəhərli olduğunu düşünüblər. Lakin onun zəhərli olmadığı başa düşüldükdən sonra ispan mətbəxinin imtina edilməyəcək hissəsinə çevrildi.
Fıstıq

Həm adi, həm də əzmə şəklində yeyilən fıstıqların vətəni tam aydın deyil. Bununla belə, Braziliya və ya Peruda yetişdirildiyi düşünülür. İspaniyaya gətirilən fıstıqlar tacirlər tərəfindən Asiya və Afrikaya aparılırdı.
Kakao

Eramızdan əvvəl 5-ci əsrdən bəri Olmeclər tərəfindən yetişdirilən kakao yalnız mülayim və yağışlı iqlimlərdə yetişdirilə bilər. Mayyalılar, Azteklər və Tolteklər kakao ağacının meyvələrindən bəhrələniblər, hindular kakao paxlasını əzib su və balla qarışdıraraq içki istehsal etməyi bacarıblar. Avropalılar bu içkini hazırlayıb isti şokolada çevirdilər. 1657-ci ildə ilk şokolad mağazası ingilislər tərəfindən açıldı.
Yerli amerikalılar tərəfindən yetişdirilən digər məhsullara noxud, vanil, soğan, çiyələk, böyürtkən, papaya və avokado daxildir. Bütün bunlarla yanaşı, yüz illərdir ölkəmizdə becərilən günəbaxan, qaragilə də Amerika mənşəli qidalar sırasındadır. Yerli əhalinin odu kəşf etdikdən sonra müxtəlif məqsədlər üçün istifadə etdiyi bu qidalar Amerikanın kəşfi ilə bütün dünyaya yayıldı.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
