Bu gün:

Alliqatorlar haqqında məlumatlar...


Amerika timsahları ABŞ-ın cənub-şərqində vəhşi təbiətdə yaşayırlar. Onları göllərdə, gölməçələrdə və Florida və Luiziana ştatlarının bataqlıqlarında görə bilərsiniz.

Bu sürünənlər daha çox suda yaşayırlar. Onlar, suda gəzdirən pərdəli ayaqları və güclü quyruqları ilə təchiz edilmişdir.

Amerika timsahları bir dəfə nəsli kəsilmək təhlükəsi ilə üzləşiblər. Hətta onların adı 1967-ci ildə nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilib. Ancaq qanuni mühazirə öz işini görüb və cəmi 20 il sonra Amerika alliqatorları siyahıdan çıxarılıb.

Nəsli kəsilmək astanasından geri qaytarılan bu sürünənlərin bir milyondan çoxu bu gün sağ qalır. İndi alliqatorlar üçün əsas təhlükə insanların səbəb olduğu yaşayış yerlərinin məhv edilməsidir.

Orta hesabla erkək amerikalı alliqatorun uzunluğu 10-15 fut (3-5 metr) olur. Uzunluğunun yarısı onun kütləvi, güclü quyruğudur. Bir timsahın çəkisi yarım ton (1000 funt) qədər ola bilər, lakin orta hesabla erkəklərin çəkisi 500-600 funt arasındadır. Dişilər, adətən, erkəklərdən kiçik olurlar.

Mənbə: National Geographic

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et