
Osminoqların 8 qolu, 3 ürəyi və 9 metr uzunluğa çata bilən uzunluqları var. Yer üzündəki canlıların 95%-i onurğasızlardır və onurğasızlar arasında ən ağıllı heyvan osminoqlardır. Bu heyvanlar yer üzündə 500 milyon ildir mövcud olan sefalopod sinifinin üzvləridir.
Biz onları Yer kürəsində hər okeanda və dərin suda görə bilərik. Osminoqların rəng dəyişdirmək, öz qollarını qoparmaq və toxunuşla dad hiss etmək kimi xüsusiyyətləri var. Onların qanı qırmızı rəngdə deyil, yaşıl-mavidir.
300-dən çox osminoq növü var. Bilinən ən böyük osminoq növü təxminən bir avtomobil ölçüsündədir. Ən kiçiyi isə cəmi 2,5 santimetr uzunluğundadır. Dişi osminoqların çəkisi erkəklərdən 10.000 dəfə daha ağırdır.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Aminə Paşazadə
