
Çoxumuz göz rəngi haqqında bildiklərimizi məktəbdə biologiya dərsində göstərilən cədvəldən öyrənmişik. Bu cədvələ görə qəhvəyi gözlü iki valideynin uşaqlarının da qəhvəyi gözləri olacaq. Kiçik rəng kodları, dəqiq faizlər və xətti miras xətləri cədvəldə tapıla bilər. Ancaq göz rənginin miras hekayəsi bizə öyrədildiyindən daha mürəkkəbdir (və gözlənilməzdir).
Niyə gözlər fərqli rənglərdə görünür?
İnsanlar göz rəngini dəri və saç rəngini də müəyyən edən qoruyucu piqment olan melanindən alırlar. Melaninin işığı yaxşı mənimsəməsi, gözümüzə nə qədər işığın daxil olduğunu təyin edən irisin funksiyasında xüsusi əhəmiyyət kəsb edir. İşıq linzalardan keçdikdə görünən işıq spektrinin böyük hissəsi retinaya keçir, burada onlar elektrik siqnallarına çevrilir və beyin tərəfindən görüntülərə çevrilir. İrisin udmadığı kiçik bir hissə geriyə əks olunur və göz rəngi şəklində gördüklərimiz meydana gəlir. İndi bu rəng insanın doğulduğu melaninin növü və miqdarından asılıdır. İki növ piqment var. Bunlar zəngin şokolad qəhvəyi yaradan eumelanin və kəhrəba, yaşıl və fındıq rəngləri yaradan feomelanindir. Yeri gəlmişkən, mavi gözlərin çalarları onların nisbətən az miqdarda eumelanin ehtiva etməsindən qaynaqlanır. Bu piqmentin miqdarı az olduqda o, irisin ön təbəqəsi ətrafında işığı səpərək daha qısa mavi dalğa uzunluqlarının yenidən görünməsinə səbəb olur. Bu, mavi rəngi “struktur rəng” adlandırılan bir nümunəyə çevirir. Buna bənzəməyən qəhvəyi və müəyyən qədər yaşıl və fındıq rəngləri “piqment rəngləri” olaraq təyin olunur. Göyün mavi olması qismən buna görədir (Rayleigh effekti kimi tanınan atmosfer işıq hiyləsi sayəsində). Yaşıl gözlər maraqlıdır, çünki onlar iki növ piqmenti işığın səpilməsi ilə birləşdirir: Onların tərkibində mavi gözlərdən bir qədər çox eumelanin və bir qədər feomelanin var. Fındıq gözləri eyni birləşmədən gəlir, lakin irisin ən xarici təbəqəsində daha yüksək melanin sıxlığına malikdir. Çox nadir olan qırmızı və bənövşəyi gözlər, demək olar ki, heç bir piqmentdən qaynaqlanır. Əslində, qırmızı gözlərdə melanin yoxdur. Beləliklə, gördüyümüz tək şey qan damarlarının əksidir.
Mənbə: popsci.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
