
Qulaqdaxili və qulaqüstü olaraq təyin olunan qulaqlıqlar uzun illərdir istifadə olunur. Son zamanlarda simsiz qulaqlıqlar geniş yayılıb. Mütəxəssislərin fikrincə, qulaqdaxili qulaqlıqlardan uzun müddət istifadə eşitmə qabiliyyətinin itirilməsinə və infeksiyaya səbəb ola bilər.
Eşitmə itkisi təhlükəsi
Sağlam bir qulaq quruluşunun ani səslərin qulaqda verə biləcəyi zərərlərə qarşı qoruma mexanizminə sahib olduğunu ifadə edən, xüsusilə qulaq içi qulaqlıqların bu mexanizmə zərər verə biləcəyini ifadə edib və bunları söyləyib: “Qulaqlıq və xarici eşitmə yolu xaricdən gələn səsləri toplayır və xarici eşitmə yolu ilə müəyyən intensivlikdə qulaq pərdəsinə çatdırır. Qulaq pərdəsi də titrəyir və bu səsi sümükciklər vasitəsilə daxili qulağa ötürür, normal və sağlam təzyiq mühitində onu 27 dəfə artırır. Ancaq burada bəzi qoruyucu mexanizmlər var. Bəzi əzələ qrupları ani bir səs çıxdıqda qulağa zərər verməmək və bu sümükciklərin işləməsinə maneə törətmək üçün özlərini büzürlər. Qulaqlıqdan gələn yüksək səsə uzun müddət qulağın məruz qalması buradakı hüceyrələrin zədələnməsinə səbəb olur. Bu zədə, adətən, daimi eşitmə itkisinə səbəb olur. Bu mexanizmlərin düzgün işləməsi üçün hər zaman səsin kənardan gəlməsinə üstünlük verilir və faydalıdır. Bu şəkildə qoruyucu mexanizmlər işə düşür. “Daim yüksək səsə məruz qaldığınız zaman yorğunluqdan o qoruyucu mexanizmlər sıradan çıxır və səsin daxili qulaqda yaratdığı travma nəticəsində eşitmə itkisi baş verir”.
Maqnit sahəsi və Bluetooth
İnkişaf edən simsiz texnologiya ilə kabel problemi aradan qalxsa da, insan sağlamlığı baxımından yeni bir müzakirə mövzusu ortaya çıxıb. Bunlardan biri də bu məhsulların yaratdığı maqnit sahəsinin zərərli olub-olmamasıdır. “Yenə əhəmiyyətli zərərlərdən biri, təbii ki, bu cihazın qulaqlığa çatana qədər Bluetooth vasitəsilə maqnit sahəsi yaradaraq qulağa çatmasıdır. Buradakı dalğaların və maqnit mühitinin buradakı sinir strukturlarına, xüsusən də beyin toxumasına zərər vermə ehtimalı mübahisəli məsələdir. Ona görə də nəyisə dinləyəcəyiksə, sərbəst mühitdən gələn səsə qulaq asmağa üstünlük verməliyik. Qulaqlıqdan istifadə etmək lazımdırsa, vedrəyə qoyulmuş böyük qulaqlıqlar kimi qulaqlıqlardan istifadə etmək lazımdır. Düşünürəm ki, birbaşa qulağa yerləşdirilən məhsullar çox dəqiq deyil".
Mənbə: trthaber
Tərcümə etdi: Rəhimə Cəmilova
