
Adeli pinqvinləri Antarktida qitəsində yaşayırlar. Sentyabr və oktyabr aylarında-yaz aylarında dünyanın o hissəsində minlərlə adeli qayaları Antarktida sahillərində toplanır. Adeli pinqvinləri torpaqdakı sahələrə çıxaraq yuva qururlar. Dişi pinqvin, adətən, yuvaya iki yumurta qoyur. Adeli pinqvin yumurtaları dekabr ayında yumurtadan çıxır. Antarktida qışında Adeli pinqvinləri dənizdə yaşayır. Hər iki valideyn yumurtalara qulluq edir. Biri yumurtaları isti və yırtıcılardan qoruyaraq arxada qalarkən, digər valideyn yemək üçün dənizə gedir. Onlar, əsasən, krill, kiçik karidesəbənzər heyvanlarla yanaşı, balıq və kalamar da yeyirlər. Digər pinqvin növləri kimi Adeli pinqvinləri də əla üzgüçüdürlər. Suda güclü və zərifdirlər.
Mənbə:National Geographic
Tərcümə etdi:Aminə Paşazadə
