
Bitkilərin uzun bir fotosintez günündən sonra yatıb-yatmaması ilə maraqlanan elm adamlarına görə, bu sualın cavabı, əslində, yuxunun necə təyin olunduğundan asılıdır. Məsələn, bəzi çiçəklərin axşam saatlarında bağlanıb gündüz açılması bəzi kiçik bitkilərin gecə-gündüz dövrünə uyğunlaşdığının göstəricisi sayıla bilər. Bəs ağaclarda gündüz və ya gecə olmasından asılı olaraq fiziki dəyişikliklər olurmu?
Frontiers-in Plant Science jurnalında dərc edilən araşdırmaya görə, bəli, ağacların öz gündüz-gecə dövrləri var.
Gecələr ağaclarda meydana gələn dəyişiklikləri göstərən araşdırmalardan biri Finlandiya, digəri Avstriyada olan iki fıstıq ağacı üzərində aparılıb. Sentyabr ayında aparılan araşdırmada ölçmələr, xüsusilə, küləksiz və yağışsız gecələrdə aparılıb. Lazer skan üsulu ilə ağacların budaq və yarpaqlarına müəyyən fasilələrlə nəzarət edilib. Ağacın üçölçülü xəritəsini bir neçə dəqiqəyə təqdim edən bu üsuldan istifadə edərək ölçmələr alacaqaranlıqda başlamış və günəş çıxana qədər müəyyən fasilələrlə davam etmişdir. Beləliklə, gün batdıqdan sonra ağacda baş verən fiziki dəyişikliklər tam olaraq qeydə alınıb.
Əldə edilən nəticələrə görə, 5 metrlik fıstıq ağacının budaqları və yarpaqları gecə saatlarında təxminən 10 sm aşağı düşür. Məlumatlar böyük bir dəyişikliyə işarə etmir, lakin digər bitkilər kimi ağacların da sirkadiyalı ritmlərə malik olduğunu açıq şəkildə göstərir. Araşdırmada dəyişikliyin səbəbi tam olaraq açıqlanmasa da, bu fərqin hüceyrələrdəki su təzyiqinin dəyişməsindən qaynaqlandığı düşünülür.
Əldə edilən nəticələrə görə, 5 metrlik fıstıq ağacının budaqları və yarpaqları gecə saatlarında, təxminən, 10 sm aşağı düşür. Məlumatlar böyük bir dəyişikliyə işarə etmir, lakin digər bitkilər kimi ağacların da sirkadiyalı ritmlərə malik olduğunu açıq şəkildə göstərir. Araşdırmada dəyişikliyin səbəbi tam olaraq açıqlanmasa da, bu fərqin hüceyrələrdəki su təzyiqinin dəyişməsindən qaynaqlandığı düşünülür.
Bitkilərdə gecə-gündüz dəyişiklikləri ilə bağlı araşdırmalar indiyə qədər kiçik bitkilər üzərində cəmləndiyi üçün ağaclardakı dəyişikliklərin ilk dəfə ədədi məlumatlarla göstərildiyi bu araşdırma bu baxımdan əhəmiyyətlidir. Tədqiqatçıların fikrincə, tədqiqatda istifadə edilən metodun təkmilləşdirilməsi ilə ağacın gövdə və budaqlarında suyun hərəkəti, gündəlik su istifadəsi və bunun iqlimə təsiri kimi bir çox məlumat əldə etməklə ağacları daha yaxşı başa düşmək mümkün ola bilər.
Mənbə: Denk bilgi
Tərcümə etdi: Aydan Qasımova
