Bu gün:

Xanım və qadın ifadələri arasındakı fərq nədir?



Cinsiyyəti müəyyən etmək üçün qadın və kişi terminlərindən istifadə olunur. Kişi və qadın müraciət formalarıdır. İnsanları xanım deməyə vadar edən cəmiyyətin qavrayışı və mentalitetidir. Xanım və qadın anlayışları arasındakı fərqdə feminizmdən kənarda nə var? 


Qadın yerinə “xanım” deməklə qadınlar öz cinsi kimliyindən uzaqlaşdırılır. Bunun əsasında da kişilərin hakim olduğu sistemin cəmiyyətə dayadığı fikirlər dayanır. Həqiqətən, yanlış olan “qadın” sözünü çirkin və biabırçı hesab edən mentalitetdir. Bu məsələnin daha bir əksi qadın və qızlar arasında ayrı-seçkilikdir. Cəmiyyətimizdə elə insanlar var ki, bunu deməyə utandıqları üçün “xanım” sözünə sığınırlar. Halbuki gender ayrı-seçkiliyində qız deyilən cins yoxdur, yalnız qadın var, ancaq bu anlayış yenidən dəyişdirilərək istifadə olunur.

Kiçiklərə qız/oğlan deyilir. Başqa sözlə, inkişafını tamamlamış hər bir dişi insan qadındır. “Qadın” əvəzinə “xanım” sözü işlədildiyi zaman müxalifətin qarşı çıxmasının ən mühüm səbəbi də budur. Qız kimi cins yoxdur. O zaman yalnız cinsiyyət bildirən qadın sözünü biabırçı görüb əvəzində qadın sözünü populyarlaşdıranların beynində "Niyə qadın?" sualı yaranır. Çünki kişilərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə qadınların adı çəkiləndə dərhal insanın ağlına onun ailə vəziyyəti gəlir. Yəni məsələ fərdin namusundan asılıdır. Məhz buna görə də insanlar qadın deyil, xanım çağırışından istifadə etməklə işin içindən çıxırlar. Bu başlanğıc hissəsidir. Qadın cinsi bir söz ətrafında sıxıldığı üçün məsələnin ən önəmli məqamı budur. 8 Mart Beynəlxalq Qadınlar və ya Xanımlar Günü deyil, əslində 8 Mart Beynəlxalq Qadınlar Günüdür.


Nəzakət və niyyət məsələsi

“Qadın” əvəzinə “xanım” deyən insanların əksəriyyətinin müdafiəsi onların nəzakətli olması və ya xoş niyyətli olmasıdır. “Xanım” mövhumu ilə qadınları öz cinsiyyətindən uzaqlaşdırmaq, “qadın” sözünü utanılası bir şey kimi təqdim etmək, xoş niyyətlə bağlı deyildiyinin vurğulanmasının insanları çaşdırdığı açıq-aşkar görünür.


Digər tərəfdən, fərd niyə “xanım” deməyi nəzakətli hesab edir? Niyə qadın demək tərbiyəsizlikdir, əksinə xanım demək daha nəzakətlidir? Deməli, kişi sözü də kobuddur? Kişinin cinsini təsvir etmək üçün kişi əvəzinə cənab istifadə olunur? 


Dil və düşüncə


Yuxarıda qeyd etdik ki, kişi-qadın ayrı-seçkiliyi mentalitetin nəticəsidir. Dil canlı bir hadisədir. Dil və düşüncələrimiz qarşılıqlı əlaqədədir. Dil bir tərəfdən özümüzü ifadə etməyimizə, sözlərlə ünsiyyət qurmağımıza imkan verir, digər tərəfdən isə düşüncəni öz daxilində məhdudlaşdıraraq onu yeni düşüncə forması kimi həyata keçirir. Konsepsiyaya yeni məna verilir və cəmiyyət ondan istədiyi kontekstdə istifadə edir. Bir sözlə, bütün düşüncələr, həyat tərzləri istifadə olunan dil vasitəsilə həyatda əks olunur. Dil və düşüncə bir-birinə qarışsa, qadının cəmiyyətdəki yeri yenidən müəyyən edilə bilər və bunu dillə gücləndirmək olar.


Mənbə: Denk bilgi

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et