
Dünyanın ən məşhur pişik cinslərindən biri olan Van pişiklərinin onlara baxdıqca sizi heyran edəcək gözləri var. Dərin baxışları ilə sizi hipnoz edən bu gözləri sevməmək mümkün deyil.
Van pişiyinin ən diqqət çəkən xüsusiyyəti onu digər pişik cinslərindən fərqləndirən, gözlərinin rənginə təsir edən genetik mutasiyadır. Van pişiklərinin gözləri hansı rəngdədir sualından sonra ən çox verilən sual Van pişiklərinin gözlərinin fərqli rəng olub-olmamasıdır. Van pişiklərinin gözləri müxtəlif rənglərdə ola bilər. Çox tez-tez bir gözün mavi, digər gözün isə kəhrəba rəngində olduğu görülür. Bu onları dünyanın ən məşhur pişiklərindən birinə çevirir. Fərqli göz rənginə malik nadir pişiklərdən biri olan Van pişiklərinin fərqli göz rənginə sahib olub-olmaması sualının cavabı həmişə eyni deyil. Hər iki gözünün eyni rəngdə olduğu pişiklər də var.
Mənbə: petarkadas.com
Tərcümə etdi: Fatimə Şükürova
