Bu gün:

Yağışdan sonra torpaq niyə gözəl qoxuyur?


Yağışdan sonrakı torpağın qoxusu yer üzündəki demək olar ki, bütün insanlar tərəfindən qəbul edilir və dünyanın ən gözəl qoxularından biridir. Bizi bu qədər valeh edən qoxunun əslində bir bakteriyadan gəldiyini bilirsinizmi? 

Yağış insanlara rahatlıq verən, dinclik bəxş edən ən gözəl təbiət hadisələrindən biridir. Yağışdan sonra torpağın qoxusu dünyanın ən gözəl qoxularından biridir. Beləliklə, gəlin bu torpağın bu qədər gözəl qoxuya səbəb olduğuna nəzər salaq.

Yağışlı havalarda “torpaq qoxusu” olaraq bildiyimiz, lakin ədəbiyyatda petrikor olaraq da bilinən bu qoxunun mənbəyi streptomaysis bakteriyaları tərəfindən geosmin adlı üzvi birləşmənin ifraz olunmasından qaynaqlanır. Aktinomiset adlanan bakteriyalar torpaq nəm olanda meydana çıxır və quruduqdan sonra sporlar əmələ gətirərək çoxalırlar. Yağış yağanda bu sporlar gələn damcıların təsiri ilə havaya qalxır. Yağış dayandıqdan sonra biz bu bakteriyaları əmələ gələn nəmli hava vasitəsilə nəfəs alırıq. Nəticədə torpaq qoxusu kimi təsvir etdiyimiz aromatik bir qoxu alırıq. Nəticədə belə gözəl qoxu verən torpaq deyil, əmələ gələn bakteriyalardır.

Alimlər 1960-cı illərdən bəri bilirlər ki, geosmin torpaqdakı mikroorqanizmlər, xüsusən, elmi adı Streptomyces olan bakteriyalar tərəfindən hazırlanır. Bu bakteriyalar torpaqda boldur və təbiətin ən yaxşı kimyaçıları arasındadır, çünki onlar bir çox antibiotiklərin əldə edildiyi müxtəlif molekullar (xüsusi metabolitlər adlanır) istehsal edirlər. Streptomycetes və onların yaxın qohumları yeni antibiotiklərin potensial kəşfi üçün əsl xəzinə olan minlərlə müxtəlif ixtisaslaşmış metabolitlər əmələ gətirir.

Mənbə: Sabah

Tərcümə etdi : Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et