1960-cı ildə anadan olan Kevin Karter sevdiyi iş olan fotoqrafiya ilə maraqlanmağa başlayıb. Bununla əlaqədar o, Birləşmiş Millətlər Təşkilatının gəmisi ilə Cənubi Sudana gedib.
Kevin Karter ərazidə müxtəlif fotolar çəksə də, biri həyatını dəyişib. O, Cənubi Sudanda gördüyü qızı gözləyən qarğanın şəklini çəkib. Qızın aclıqdan hərəkət etməyə gücü yox idi. Qarğa da onun ölməsini gözləyirmiş kimi görünürdü. Kevin Karter də həmin anı əbədiləşdirdi. Şəkil dünyanın ən önəmli qəzetlərindən olan New York Times-da dərc olunub.
Yayımdan sonra Kevin Karterə böyük reaksiyalar gəlməyə başladı. Səbəb isə qızı BMT-nin cəmi 800 metr aralıdakı düşərgəsinə aparmaq əvəzinə oradan uzaqlaşması olub. O, “Mən foto çəkəndən sonra qarğa getdi”,- deyərək özünü müdafiə etsə də, bu, insanları qane edən cavab olmayıb. Lakin Afrikaya gedən insanlara edilən xəbərdarlıqlardan biri də o oldu ki, oradakı insanlarla təmasda olmasın. Çünki o qədər yoluxucu xəstəliklər var idi ki, hakimiyyət başqa insanların xəstələnməsinin qarşısını belə alırdı.
Kevin Karter tənqidləri dayandıra bilməyib. İnsanlar onu daim tənqid edir, onun səhv bir iş gördüyünü deyirdilər. Bu ağır tənqidlər Kevin Karterin depressiyaya düşməsinə səbəb olub. O, 1994-cü ildə cəmi 34 yaşı olanda avtomobilində intihar edib.
Mənbə: Milliyet
Tərcümə etdi: Uğur Hacıyev
