Pişiklərin yatmağı çox sevdiyini hamımız bilirik. Pişiklərin gündə orta hesabla 12-16 saat yatması normaldır. Bəzən onların yuxuda insanlar kimi xoruldadığını görə bilərsiniz. Bu zaman "Pişiklər xoruldayırmı?" sualı tez-tez verilən suallar arasında yerini alır. Üstəlik, bəzi pişiklər olduqca yüksək səslə xoruldaya bilər. Pişiklərdə xoruldama itlərə nisbətən daha az olur. Xoruldama böyük bir sağlamlıq probleminin əlaməti ola bilər və ya pişiyinizin hazırkı yuxu vəziyyətindən qaynaqlana bilər. Əgər pişiyiniz daim xoruldayırsa, bir müddət onu yaxından müşahidə etməli və onun hərəkətlərində və iş rejimində hər hansı bir dəyişiklik olub olmadığını yoxlamalısınız. Digər dəyişiklikləri müşahidə etsəniz, baytarınızla əlaqə saxlamağınız məsləhət görülür.
Pişiklər niyə xoruldayır?
Pişiklər yuxu zamanı bir çox səbəbə görə xoruldaya bilərlər. Bu səbəblərdən bəziləri daha çox rast gəlinir. Pişiklərdə xoruldamanın ən çox görülən səbəbi braxisefal üz xarakterikliyidir. Fars, Birma və Himalay pişikləri daha yaltaq üzlərə malik olduqları üçün xoruldamağa meyillidirlər. Brachycephaly qısa mənasını verən "brachy" və baş mənasını verən "cephalic" sözlərindən ibarətdir. Braxisefal pişiklərin kəllə sümüyü daha dardır, ona görə də üz və burun yastı bir görünüşə malikdir. Bu növlərdə üz cizgilərinə görə burun keçidləri daha qısa olur və bu da xoruldama da daxil olmaqla bir çox tənəffüs problemlərinə səbəb olur.
Pişiklər arasında xoruldamanın başqa bir ümumi səbəbi artıq çəkidir. Artıq çəki nəticəsində yuxarı tənəffüs yollarının ətrafında əmələ gələn piylər xoruldamağa səbəb olur. Piylənmənin pişiklərə xorultudan daha çox zərəri var. Bunlardan bəziləri ciddi sağlamlıq problemləridir. Buna görə də, pişiyiniz artıq çəkiyə görə xoruldayırsa, ona arıqlamağa kömək etməlisiniz.
Yuxu vəziyyəti də xoruldamanın səbəblərindən biridir. Pişiklərin çox çevik bədənləri var və siz onların inanmadığınız şəkildə yatdıqlarını görə bilərsiniz. Bəzən bu qəribə yuxu rejimi xoruldamaya səbəb ola bilər. Pişiyiniz yuxu tərzini dəyişdiyi zaman yenidən xoruldamağa başlamazsa, bu onun uzanmasından yaranan bir vəziyyətdir.
Pişiklərdə xoruldamanın səbəbləri bunlarla məhdudlaşmır. Qida və ya toz allergiyası, poliplər, kütlələr, burundakı travma və ya iltihab kimi allergiyalar da xoruldamaya səbəb ola bilər.
Mənbə: Petlebi
Tərcümə etdi : Nəzri Süleymanova
Pişiklərdə xoruldama normaldırmı?
4-10-2023, 21:20Paylaş
