
Saçlarınız diqqətli qayğıya layiqdir, elə deyilmi? Onlara ətir səpmək düzgündürmü?
Bəzən saçlarda ətrin olmadığını hiss etdiyimiz zaman sadəcə ətrimizi daha çox yaymaq üçün saçımıza ətir vura bilərik. Yəqin ki, hamınızı saça ətir vurmaq haqqında çoxlu söz-söhbətlər eşitmisiniz. Saçın tez ağarmasından tutmuş saça zərər verməyə kimi bir çox mənfi fikirləriniz ola bilər.
Saça ətir səpməyin əsl təsirləri bunlardır:
Ətir saça zərər verə bilər. Ətirinizdə hansı maddələrin olduğunu düşünün. Ətirlərin və bədən spreylərinin əksəriyyəti etil spirti və ağır sintetik ətirlər kimi sərt spirtlərdən əldə edilir.
Etil spirt dəri və saç üzərində quruducu təsir göstərir. Bu səbəbdən bir çox şirkət bir çox kosmetik məhsulun formulalarında başqa spirtlərdən istifadə etməyə üstünlük verir. O həmçinin quruluq, qırılma, parçalanmış uclar və müalicəsi çətin olan qıvrım kimi uzunmüddətli zədələrə səbəb ola bilər.
Ətirə alternativ olaraq saçınızın bütövlüyünü qoruyan, təmizləyən və nəmləndirən bir çox üsul var:
Saç misti
Saç spreylərini ətirə ən təhlükəsiz alternativ hesab edin. Bu spreylər saçınızı qurutmadan və ya başqa şəkildə zədələmədən canlandırıcı, qalıcı bir qoxu buraxmağı hədəfləyir.
Quru şampun
Saçınızı müvəqqəti təmizləyəcək və eyni zamanda xoş ətir əlavə edəcək məhsul axtarırsınızsa, quru şampunu seçə bilərsiniz. Bu formulalardakı məhsullar saça zərər vermədən artıq yağı çıxarmağa və xoşagəlməz qoxuları udmağa kömək edir. Ancaq quru şampundan çox istifadə etməməlisiniz. Çünki saçlarınız məsamələrinizi dolduraraq onların havasız olmasına səbəb ola bilər.Bu da saçların kəpəklənməyi deməkdir.
Ətirli serumlar və yağlar
Quru saçları dərindən qidalandırmaq istəyirsinizsə, ətirli saç yağı və ya serumları sınayın. Bu məhsullarla uzun bir səyahətə çıxıb saçlarınızı daha sağlam edə bilərsiniz. Ən son olaraq yağı saçınızın ortasından uclarına qədər çəkin ki, yağlı bir görünüş almayasınız.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
