Haçiko: “Ən sadiq dost" — 2009-cu ildə çəkilmiş dram filmidir. Orijinal film 9 ildir hər gün eyni vaxtda stansiyaya mərhum sahibini qarşılamaq üçün gələn yapon Akita İnu iti Haçikonun əsl hekayəsindən bəhs edir.
Universitet professoru Parker Wilson Yaponiyadan Amerikaya göndərilən qatar stansiyasında itmiş balaca iti tapır. Heç kim onun yanına gəlmədiyi üçün Parker balasını onun yanında qoymalı olur. İtin professorla yaşadığı müddətdə aralarında möhkəm dostluq yaranır. Parker yeni dostuna çox bağlı olur. Haçiko hər gün sahibi işə gedəndə onu stansiyaya qədər müşayiət edir, axşam isə onunla görüşmək üçün stansiyaya gəlir. Bir gün professor universitetdə mühazirə oxuyarkən qəflətən ürək tutmasından ölür. Sahibini gözləmədən Haçiko bir gün də ötürmədən stansiyaya gəlməyə davam edir.
Professorun qohumları iti götürməyə çalışsalar da, o, mütəmadi olaraq stansiyaya qayıdır. Yerli tacirlər və dəmiryol işçiləri Haçikonun əzmkarlığına və sədaqətinə heyran qalırdılar.Tezliklə qəzetçilər qeyri-adi it haqqında öyrənirlər və Haçiko mətbuatın qəhrəmanına çevrilir. Ömrünün sonuna kimi Haçiko hər gün qatar gələndə stansiyaya gəlir və axşama qədər ustasının növbəti qatardan düşməsini gözləyir. O, heç vaxt gəlmir, lakin sadiq it Haçiko onun yerini tərk etmir. Bu stansiyada sədaqətli it sahibini gözləyək ölür. Onun ölümü geniş rezonansa səbəb olduğundan Yaponiyada bir gün matəm elan olunmuşdur.
Mənbə: ru.m.wikipedia.org
Tərcümə etdi: Səmayə Qədirova
