Bu gün:

Doğuşdan görmə əngəlli olan insanlar yuxu görə bilər?


Anadangəlmə kor olan insanlar haqqında beynimizdə çoxlu sual işarələri var.  Hər şeyi görməklə, toxunmaqla dərk edən bizlər üçün yuxu məsələsi özlüyündə bir sirrdir.  Bu mövzuda maraq doğuran digər bir məsələ də görmə qüsurlu insanların yuxu ilə əlaqəsidir.

Hamımızın inandığı reallığın əksinə olaraq, “hər gözdən əlil insan yuxu görə bilməz” kimi ümumiləşdirmə aparmaq düzgün deyil.

Görmə qabiliyyəti zəif olan insanlar əlilliklərinin hansı yaşda baş verdiyindən asılı olaraq yuxu görə bilərlər. Yuxunun necə baş verməsi də həmin insanın “görməni” necə yaşamasından asılıdır. Başqa sözlə, nəzəri olaraq təkcə vizual yuxular deyil, həm də eşitmə və duyğu yuxuları da görünə bilər.

Bu vəziyyət yuxuda olan insanın yaddaşı necə canlandırdığına və həmin yaddaşla nələri əlaqələndirdiyinə görə dəyişir.  Ancaq vizual təcrübədən asılı olduğundan, anadangəlmə kor şəxslərin vizual yuxular görməsi demək olar ki, mümkünsüz görünür.  Başda qeyd etdiyimiz kimi bu vəziyyət yaşa görə dəyişir.

Görmə qabiliyyətini 5 yaşından kiçik itirmiş və anadangəlmə kor olan insanlar vizual yuxu görə bilməzlər.

5 yaşından əvvəl bu əlilliyi yaşayan və ya anadangəlmə görmə qüsuru olan insanlar görmə yuxularından əlavə eşitmə, duyğu və qoxu hisslərini də yuxuda görə bilərlər. 5 yaşından yuxarı olanda bu qabiliyyətini itirən insanlar arasında yuxularının məzmunu insandan asılı olaraq dəyişir.

6 yaşında kor olan iki fərddən biri vizual, digəri isə qeyri-vizual yuxular görə bilər. Fərdi fərqlər də belə bir vəziyyətdə yuxuların görünməsinə əhəmiyyətli təsir göstərir. Bununla belə, bir istisna var: 7 və daha yuxarı yaşda görmə qabiliyyətini itirmiş insanların yuxularında görüntülər reallığa mümkün qədər yaxın görünür. Bu vəziyyətin onlar üçün nə qədər vacib olduğunu təsəvvür etmək belə çətindir.

Bu məqamda korluqla korluğu bir-birindən ayırmalıyıq.  Gözün zədələnməsi beyinin zədələnməsi nəticəsində yaranan görmə pozğunluğu ilə eyni deyil.

Yuxulardakı toxunma hissi müxtəlif təcrübələr təqdim edir və obyektlər haqqında təsəvvür əldə etməyimizi asanlaşdırır. Gözdən əlillərin xəyalları üçün əvəzolunmazdır. Yuxuda hiss edilən qaçış və yerimə hissi, əslində, insanın ayaqlarında karıncalanma hiss etməsinə səbəb ola bilər.

Toxunma ilə yanaşı eşitmə də yuxuların vacib hissəsidir.

Yuxuda eşidilən səslər, söhbətlər, musiqilər, təbiət səsləri və hətta insanın öz daxili səsi də xəyalların açarıdır. Görmə qüsurlu insanlar yuxularında eşitdikləri səsləri real həyatda olduğu kimi qəbul edə bilirlər.

 Anadangəlmə və ya qazanılmış görmə qüsuru olan şəxslərin xəyallarında və həyatlarında yaşadıqları təcrübələr çox əhəmiyyətlidir. İnsanların yaşadıqları hər an yuxularında təkrar-təkrar hiss edilə bilər. İnsanların yuxularının və şüuraltı reallıqlarının müdaxilə edilmədən ortaya çıxdığı yuxular, real həyatla bağlı ipucları verə bilər. Belə bir vəziyyətdə görmə qabiliyyəti zəif olan insanların gördükləri yuxular xüsusi əhəmiyyət kəsb edir.

Mənbə: Webtekno

Tərcümə etdi: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et