Bu gün:

Ətrin qalıcı istifadəsi


Bəziləri üçün əvəzolunmaz, bəziləri üçün isə uzaq ətirdir. Vanilli, ədviyyatlı, yüngül ətirli, meyvə ətirli kimi yüzlərlə çeşidi var. Hansı ətir seçsəniz, onun qalıcı olması üçün bəzi məsləhətləri qaçırmamalısınız.

İstifadədən əvvəl gigiyena

Ən çox edilən səhvlərdən biri ətir və dezodorantın məqsədini qarışdırmaqdır. Dezodorant tərləmə əleyhinə istifadə edilərkən ətirin belə bir məqsədi yoxdur. Ətirdən istifadə etməzdən əvvəl dəri təmiz olmalıdır. Təmiz dəriyə vurulan ətir qoxusunun qalıcılığını artırır. Duşdan sonra bədənə nəmləndirici sürtmək də qoxunu tutacaq və beləliklə onun qalıcılığını artıracaq. Həmçinin ətiri səpdikdən sonra onu səpdiyiniz yerə sürtüb yaymağa çalışmayın. Təmas qoxunun yayılması əvəzinə qısa müddətdə yox olmasına səbəb olacaq.

Xüsusi nöqtələrə tətbiq edin

Ətirin qalıcı olması üçün diqqət yetirilməli olan başqa bir şey də ətir səpərkən müəyyən məqamların seçilməsidir. Biləklərin daxili hissəsi, boyun-çənə nahiyəsi, qulaq arxası kimi nahiyələr bədən istiliyinin yüksək olduğu bölgələr olduğundan, bu nöqtələrə ətir çəkdiyiniz zaman istilik qoxunun qorunmasına kömək edir. Beləliklə, ətir daha qalıcı olur. Bundan əlavə, uzun saçlar da ətrin çox yayılmasına imkan verən tövsiyə olunan sahədir.

Ətir seçimi

Ətir seçimi qoxunun qalıcılığına təsir edən amillərdən biridir. Amma təbii ki, bu bahalı ətir onun yaxşı və ya qoxusunun qalıcı olması demək deyil. Ətirin tərkibindəki yağ nə qədər çox olarsa, qoxusu da bir o qədər qalacaq. Məsələn, xüsusilə yay aylarında üstünlük verilən yüngül qoxular, intensivliyi az olduğu üçün uzun müddət qalmır. Daha yüksək miqdarda mahiyyəti olan ətirlər daha yüksək sıxlığa görə daha güclü qoxulara malikdir və onların qalıcılığı da eyni dərəcədə yüksəkdir.

İstifadə üçün tövsiyə

Unutmaq olmaz ki, kosmetik məhsulların da son istifadə müddəti var. Ətirlər də alındıqdan sonra istifadə müddəti bitənə qədər istifadə edilməlidir. İstifadə edilməsə belə, çox uzun müddət saxlanılan ətirlər qalıcılığını itirir. Sağlamlıq baxımından da dəriyə zərərli olurlar. Ətirlərinizin qoxusunun keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə müddətində onlara yaxşı qulluq etmək vacibdir. Ətir şüşələriniz birbaşa günəş işığına məruz qalan yerə qoyulmamalıdır. Şüşələri isti və rütubətli mühitlərdən uzaq tutmalı, sərin, quru yerlərdə saxlamalısınız. Bütün bu maddələrə diqqət yetirdiyiniz zaman ətirinizin qalıcılığını görəcəksiniz.

Mənbə: Milliyyet

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et