
Çaydan istifadənin tamamilə zərərsiz olduğunu deyə bilmərik. Bizim üçün vacib olan çay qəbulunun miqdarıdır. Həddindən artıq çay qəbulu tərkibindəki "tanenlər" səbəbiylə dəmirin bədəndə sorulmasına mane olduğu üçün anemiya dediyimiz sağlamlıq probleminə səbəb olur. Bundan əlavə, tərkibindəki kofein, həddindən artıq çay istifadəsi səbəbindən fərdlərdə qan təzyiqini artıra və taxikardiyaya səbəb ola bilər. Həddindən artıq qəbul edildikdə susuzluğa da səbəb olur.
Yaşıl çay daha tövsiyə olunandır
Qara çayda yüksək miqdarda tanin və kofein olduğu halda, yaşıl çayda polifenol adlanan yüksək miqdarda antikanserogen maddələr var. Yaşıl çayın tərkibində xərçəng hüceyrələrinə qarşı təsirli olan polifenollar olsa da, gündə 5 stəkandan çox qəbul edilməməsi lazım olduğunu bildirən nəşrlər var. Həddindən artıq qəbulun qan təzyiqinin artmasına səbəb olduğu bildirilir. Hər iki çayda kofein var, lakin yaşıl çayın tərkibindəki kofein daha azdır. Qara çay da yaşıl çay kimi antioksidan xüsusiyyətlərə malikdir, lakin qara çay daha çox emal edildiyi üçün antioksidanların miqdarı daha az olur. Qara çay qəbulunun gündə beş çay stəkanını keçməməsi tövsiyə olunur. Bitki çaylarının üç stəkandan çox olmaması tövsiyə olunur.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Rəhimə Cəmilova
