
Solaxaylar üçün həyat asan deyil. Tarix boyu qərəzli münasibət bəsləyən solaxaylar bəzən cadugərlikdə, bəzən də bəxtsiz olmaqda ittiham olunurdular. Orta əsrlərdə şeytanın solaxay olduğu düşünüldüyündən, sol əli ilə yazanları şeytan ələ keçirməkdə ittiham edirdilər. Ötən əsrlər ərzində cəmiyyət solaxaylara qarşı daha dözümlü olub, lakin solaxaylığın hələ də mənfi cəhətlərinin olduğunu inkar etmək olmaz.
Cəmiyyətin əksəriyyəti sağ əllərindən istifadə etməyə üstünlük verdiyi üçün bir çox əşyalar buna uyğun tərtib edilir. Qayçı, yazı masaları, spiral dəftərlər solaxay insanların istifadə etməsi demək olar ki, qeyri-mümkün məhsula çevrilir. Bundan əlavə, bəzi araşdırmalara görə, solaxay insanlar sağ əllilərə nisbətən daha qısa ömür yaşayırlar.
PLOS Genetics-dəki məqaləyə görə, tədqiqatçılar solaxaylığı təmin edən bir qrup gen kəşf etdilər və bu üstünlükləri beyin və bədən arasındakı asimmetriya qavrayışı ilə əlaqələndirdilər. Əvvəlki tədqiqatlarda tədqiqatçılar disleksiya xəstələrində PCSK6 geni ilə solaxaylıq arasında birbaşa əlaqə tapdılar. Xəstə olmayanları tədqiq edən tədqiqatçılar yeni araşdırmalarında PCSK6 geni ilə birlikdə bir neçə başqa genin mutasiyaya uğradığını və bu vəziyyətin hansı əlindən istifadə etdiyimizi göstərdiyini açıqladılar. Bir insan solaxay olmasına səbəb olan mutasiyalar keçirsə, solaxay, sağ əlli olmasına səbəb olan mutasiyalar keçirsə, sağ əlli olur.
Mənbə: Hurriyet.com.tr
Tərcümə: Günay Ələsgərova
