Bu gün:

Amerikalılar niyə evlərində ayaqqabılarını çıxarmırlar?


Bu vəziyyəti ilk dəfə filmlərdə görəndə, yəqin ki, bunun səbəbini soruşmusunuz. Əslində, bu fərqi ortaya qoyan heç bir dönüş nöqtəsi/hadisə yoxdur, hər şey tamamilə mədəni prosesə əsaslanır.Türk xalqları olaraq bu mövzuda çox həssasıq, hətta evə ayaqqabı ilə girmək düşüncəsi belə pisdir. Bu, anaları narahat edə biləcək bir davranışdır.

Evdən çıxarkən ayaqqabılarımızı geyindikdən sonra da bəzən içəridə nəyisə unutduğumuzu anlayırıq. Belə anlarda çox zaman tənbəl oluruq , ya içəri sürünürük, ya da ayaqqabımızın altlığı yerə minimal toxunaraq xalçaları ayaq basmadan yeriməyə çalışırıq. Bəs niyə bizim üçün bu qədər çirkin olan bir hərəkət dünyanın bir çox mədəniyyətlərində, xüsusən də Amerikada çirkli sayılmır?

Əvvəlcə, bu xəritəni nəzərdən keçirək.  Göründüyü kimi, dünyanın bəzi yerlərində evə ayaqqabı ilə girməyə icazə verilir, bəzi yerlərində isə belə bir icazə yoxdur.

Mavi: Evdə ayaqqabı geyilən yerlər

Yaşıl: Evdə ayaqqabı geyilməyən yerlər

Biz də yaşıl hissəyə daxil olmuşuq və bu məsələdə tək deyilik. Evə ayaqqabı ilə daxil olanların sayı da kifayət qədər çoxdur.

Bu sadəcə olaraq mədəni fərqdir. Bəzi mədəniyyətlərdə ayaqqabıların altındakı kir və mikrobların miqdarına əhəmiyyət verilmir. Bizim mədəniyyətdə evə ayaqqabı ilə girmək iyrənc hesab oluna bilər, amma amerikalılar isə əllə yemək yeməyi iyrənc hesab edir. Yəni, yaşadığımız və “alışdığımız” düşüncələr insanları müxtəlif şəkildə formalaşdırır.

Mənbə: Webtekno

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et