D vitamini ilə təmin etməkdən tutmuş yüksək qan təzyiqini azaltmağa və əhval-ruhiyyəni yüksəltməyə qədər aşağıda günəş işığının altı potensial faydasını qeyd edirik.

1Sümük və əzələ sağlamlığının dəstəklənməsi
2. Qan təzyiqinin tənzimlənməsi
3. İmmunitet sisteminin tənzimlənməsi
4. Qan damarlarının sağlamlığını qorunması
5. Beynin yaxşı işləməsinin təmin edilməsi
6. Qan şəkərinin tənzimlənməsi
Günəş işığı qəbul etmək bədəninizə dəri hüceyrələrinizdəki xolesteroldan D vitamini istehsal etməyə imkan verir. “Günəş vitamini” kimi tanınan D vitamini sağlamlığınıza bir çox cəhətlərdən faydalıdır.
Bəzi insanlara sağlamlıq faydalarını görmək üçün yalnız 10 dəqiqə günəş işığı lazımdır. Tünd dəri olan insanlar eyni effektləri əldə etmək üçün günəşdə daha çox vaxt keçirtməlidirlər. Çünki tünd dəri günəş işığını fərqli şəkildə qəbul edir.
Günəş işığı bakteriyaları öldürür. Çoxumuz çox vaxt qapalı yerdə oluruq. Və qapalı mühitlərdə müxtəlif növ bakteriya daşıyan toz ola bilər - bəziləri asma və allergiya simptomlarına səbəb ola bilər. Araşdırmalar günəş işığının qapalı yerlərdə tozda yaşayan bakteriyaları öldürə biləcəyini göstərib. Bu xüsusi araşdırmada bakteriyaların 12%-i qaranlıq otaq mühitində sağ qaldı, ancaq toz bakteriyalarının yalnız 6%-i günəş işığına məruz qaldıqdan sonra sağ qaldı. Bu sizin üçün nə deməkdir? Bu pəncərələri açın və evinizə daha çox günəş işığı daxil olsun deməkdir. Günəş şüaları evinizdəki tozda yaşayan bakteriyaları öldürdüyü üçün havanın keyfiyyəti yaxşılaşır.
Mənbə: Goodrx
Tərcümə etdi: Gülnisə Əfkari
