Dünyanın ən qısa insanı 20 yaşlı Afşin Esmaiel Ghaderzade ilə tanış olaq.

Bu adam hazırda iyirmi bir yaşında gənc oğlandır. Gənc oğlanın boyu 65,24 sm-dir. Dubaydakı “Ginnesin Rekordlar kitabı” onun boyunu təsdiqləyib. Afşin İranın Qərbi Azərbaycan əyalətində yerləşən Bukan şəhristanındandır.
Afşin 13 iyul 2002-ci ildə anadan olub. Gənc oğlan 700 qram çəki ilə doğulub və 6,5 kiloya qədər çəkisi artıb. Afşin smartfondan istifadə edir, lakin bədən çəkisinin 6,5 kilo olduğunu nəzərə alsaq, onu da ağır hesab edir. Onun İnstaqramda izləyiciləri var və dostları instaqramdan istifadə etməyə ona kömək edirlər. Onun sevimli məşğuliyyəti cizgi filmlərinə baxmaqdır. Afşin yerli fars ləhcəsi ilə yanaşı, kürd dilində də danışa bilir.
Futbol həvəskarı olan Afşin üç yaşlı uşaqlar üçün hazırlanmış xüsusi geyimlər geyinir. Afşin sevinclə, zarafatla deyir ki, yeni tapdığı şöhrət ona bəzən mütəxəssis baxımı üçün pul tapmaqda çətinlik çəkən valideynlərini dəstəkləməyə kömək edəcək.
“Ginnesin Rekordlar Kitabı” Afşinin ölçü götürülməsi videosunu paylaşdıqdan sonra bir çox YouTube istifadəçiləri gənc uşağı təbrik ediblər. Çoxları Afşinə xoşbəxt və sağlam ömür arzulayaraq şərh bölməsində fikirlərini yazıb. Hətta bəziləri Afşinin mehriban və səxavətli xasiyyətə malik olduğunu təxmin ediblər.
Mənbə: The Economic Time
Tərcümə etdi: Gülnisə Əfkari
