Bu gün:

"Çində dünyanın ən uzun tıxacı" yalanı


19 dekabr 2021-ci il tarixində bir Twitter istifadəçisi tərəfindən edilən paylaşımda, fotoşəkilin Çində 10 gündən çox davam edən tıxacı göstərdiyi iddia edildi.

Yazıdakı mətn belədir:

Çin şossesində tıxac 10 gündən çox çəkdi və hər bir avtomobil gündə 1 km təxmini sürətlə hərəkət etdi.Yeddi ildən artıqdır ki, sosial mediada yayılan və bir çox istifadəçi tərəfindən paylaşılan foto, internetdəki kimi başlıqlarla paylaşılır.

"Dünyanın ən uzun tıxacı"

İddiada fotonun Çindən olduğu və tıxacın 10 gündən çox davam etdiyi bildirilir. İddianı araşdırmaq üçün ilk olaraq axtarış sistemlərində tərs görüntü axtarışı ilə fotoşəkil skan edilir. İddia ilə bağlı çoxlu fotolar olsa da, orijinal şəklin Çindən deyil, ABŞ-ın Kaliforniya əyalətindən olduğu anlaşılır. Görünür ki, faktiki şəkildəki zolaqlar şəkildə göstərilən magistralın eninin demək olar ki, yarısıdır və göstərildiyi kimi heç bir tıxac yoxdur. Yəni foto montaj edilərək avtomobillərin sayı artırıldığı kimi, zolaqların sayı da artırılıb. Fotonun əsl versiyası belədir:

Orijinal şəkil 1998-ci ildə Kaliforniyanın 405-ci şossesində çəkilib. İki foto müqayisə edildikdə, şəkillərdən görünür ki, yolda zolaqların sayı artırılıb və Google Maps-dən də baxdıqda bu öz təsdiqini tapır.

Mənbə: Dogrulukpayi

Tərcümə etdi: Aydan İbrahi

Paylaş
Şərh əlavə et