"Albalı çiçəyi" mənasını verən sakura meyvə verməyən albalı ağacının çiçəyidir. Məlumdur ki, Yaponiyada bu gözəl albalı çiçəkləri ilə məşhur olan 200-dən çox sakura növü var.

Yapon mədəniyyətində sakura çiçəklərinə gözəllikləri ilə yanaşı, dərin mənalar da həsr olunub. Çünki sakuralar Yaponiyada baharın müjdəçisi olsalar da, ən gözəl çağlarında budaqlarından düşərək torpaqla qarşılaşmağa başlayırlar. Ona görə də çiçəklər yapon fəlsəfə və ədəbiyyatında ölümlə həyat vəhdətini ifadə edir .
Sakura nə deməkdir?
Gilas çiçəklərinin mənalarını araşdırsaq, Yapon mədəniyyətinin mühüm hissəsi olan samuraylardan başlaya bilərik. Samuraylar Yapon mədəniyyətində qorxmaz, güclü, cəsarətli və nizam-intizamlı həyat sürən döyüşçülər kimi tanınırlar.
Sakura ağacı samurayların bu məhdud dünyasında bələdçi kimi çıxış edir. Çünki onlar hər dəfə albalı çiçəyinə baxanda mümkün müharibə zamanı hər an ölümü düşünür və bu ağaca başqa bir məna yükləyirlər. Yapon mədəniyyətində sakuralar mükəmməl gözəlliyi, eyni zamanda tez və ağrısız ölümü simvollaşdırır. Bir növ yenidən doğuş. Yaponlar albalı çiçəyi ağacının həyat dövrünü müşahidə edərək, insan həyatı ilə ümumilikdə Sakura arasındakı oxşarlıqlara diqqət çəkiblər.
Yunan mifologiyasının mühüm simalarından biri olan Axilles,-“Tanrılar bizi qısqanır, ölümlü olduğumuz üçün qısqanırlar, çünki hər an bizim son anımız ola bilər, həyat daha mənalıdır və hər şey daha gözəldir, çünki biz ölümlüyük"-, demişdir. Həmin deyim müxtəlif dövrlərdən bu fəlsəfənin bir növ nümunəsidir.
Sakura Zensen: Əsrlər boyu qeyd olunan Sakura Festivalı
Yaponiyanın 11 şəhərində iki həftəlik festivallarla qeyd olunan "Sakura Zensen" həm də həyatda yeni başlanğıcı təmsil edən bir fəaliyyətdir. Sakura Zensen bütün insanların iştirak etdiyi coşqun bayram yapon xalqının həyatına böyük təsir göstərir. Yazda evlilik kimi bir çox mühüm hadisələr çiçəklərin çiçəkləmə günü ilə müəyyən edilir.
Qısa ömürlü gözəllik: albalı çiçəkləri
Sakura həyatın və inancların kədərli, lakin mənalı tərəfini daşıdığı üçün Yaponiyada da ən sevilən qadın adlarından biridir. Sakuralar öz füsunkar gözəlliklərini cəmi 10 gün ərzində təqdim edirlər. Yaponiyada müqəddəs sayılan Sakura vaxtı martın son həftəsi və aprelin ilk həftəsinə təsadüf edir. Bu dövr ölkə üçün o qədər əhəmiyyətlidir ki, sakura mövsümündə hava proqnozundan sonra televiziyada “Sakura vəziyyəti” verilir.
Mənbə: hisglobal
Tərcümə etdi: Nəzrin Süleymanova
