Bu gün:

Təbiəti necə qoruyaq?


Təbiət bizim mövcudluğumuz üçün həyati əhəmiyyət kəsb edir. O nəfəs aldığımız havanı, içdiyimiz suyu və yediyimiz qidanı, eləcə də sağ qalmaq üçün ehtiyac duyduğumuz digər zəruri resursları təmin edir. Təbiətdə olmağın psixi sağlamlığımız və rifahımız üçün də əhəmiyyətli faydaları var. Təbiət bizi qoruyur. Bəs təbiəti qorumaq üçün nə etmək olar?

Biz bilirik ki, təbii dünyanın üzləşdiyi təhlükələri, o cümlədən torpağın deqradasiyası, çirklənməsi, meşələrin qırılması və növlərin yox olması ilə mübarizə aparmaq üçün genişmiqyaslı tədbirlərə ehtiyac var. Sizin hərəkətləriniz yerli ərazinizdəki təbii məkanların sağlamlığına və keyfiyyətinə mühüm təsir göstərə bilər. Fərd olaraq hamımızın edə biləcəyi bəzi əldə edilə bilən şeyləri müəyyən etmək üçün biz  dünyanın aparıcı alimləri və ekspertləri ilə əlaqə saxladıq. Onlardan təbii dünyanı qorumaq üçün hamımızın nə edə biləcəyimizi soruşduq və burada onların bizə söylədiyi doqquz əsas şey var.

Yerli əhalidən hər kəsin, hətta şəhər ərazilərində belə, təbiətə çıxışının olmasını təmin etmələrini xahiş edin. Onlardan vəhşi təbiətə daha çox yer vermələrini, daha çox təbii yaşıl sahələr yetişdirmək üçün ağacların kəsilməsini azaltmalarını və ya icma bağçılığı tətbiq etmələrini xahiş edin. Deputatınıza təbiəti qorumağın vacibliyindən danışın. Sağlam cəmiyyət üçün sağlam mühitin nə üçün vacib olduğunu izah edin. Dünyadakı təbii mühitə ziyan vuran iqlim dəyişikliyi ilə bağlı daha çox tədbir görməyə çağırın.

Təbiətlə daha mehriban olmaq barədə dostlar, ailə, məktəb və ya universitetinizlə danışın. Onlar təkrar emal və tullantıların azaldılmasını təşviq etmək üçün daha çox şey edə bilərmi? Onlar açıq məkanları daha yaşıllaşdıra bilərmi? İnsanlar meyvə və tərəvəz yetişdirmək üçün bir araya gələ bilərlərmi? Ətraf mühiti qorumaq üçün daha çox şey edə biləcək şirkətləri görürsünüzmü? – məs. təkrar emal olunmayan qablaşdırmada məhsulların satışı. Onların əlaqə məlumatlarını tapın və onlara nə üçün işləri daha yaxşı etmələri lazım olduğunu söyləyin. Dostlarınız, ailəniz, həmkarlarınız və sinif yoldaşlarınızla təbii dünyanın üzləşdiyi təhlükələr haqqında danışın, etdiyiniz dəyişikliklər, qarşılaşdığınız çətinliklər və onların öhdəsindən necə gəldiyiniz barədə müsbət danışın.

Mənbə: İmperial Collece London

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et