Bu gün:

İşığın insan həyatında rolu


Min illərdir planetimizdə həyatın davam etməsində çox mühüm rol oynayan işıq həyatımıza müxtəlif formalarda təsir edir. İşıq insan fiziologiyasında bioloji saatı, yuxudan oyanma proseslərini tənzimləmək və D vitamini istehsal etmək kimi bir çox həyati funksiyalarda rol oynayır. Biz əsrlər boyu işığın diqqət, istirahət və meditasiya üçün istifadə edildiyini bilirik, lakin neyrofizioloji tapıntılardan sonra işıq indi klinik müalicə üsulu olmağa namizəd kimi görünür.

İnsan bədənində gözdə olan, lakin görmə sistemi ilə heç bir əlaqəsi olmayan hüceyrə qrupları da var. Bu hüceyrələrə, ümumiyyətlə, işığa həssas retinal qanqlion hüceyrələri deyilir. Bu hüceyrələrin vizual sistemdən çox davranışa təsir edən ən az 5 fərqli alt qrupu olsa da, bilişsel funksiyalarda,  əhval-ruhiyyədə və davranışda çox əhəmiyyətli rolları var. Çox mürəkkəb neyron şəbəkələri olan bu hüceyrə qruplarının dəqiq fəaliyyət mexanizmi hələ kəşf edilməmişdir. 

Mənbə: Evrim Ağacı 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et