Bu gün:

QR kodu nədir? QR kodu skan edərkən nələrə diqqət etməli?


QR kodu ya da sürətli cavab kodu məlumat, vebsayt yaxud proqramlara tez daxil olmaq üçün QR kod skaneri və ya smartfonun daxili kamerası vasitəsilə skan edilə bilən iki ölçülü ştrix-koddur.

Bu qabaqcıl texnologiya istifadəçilərə sadəcə kodu skan etməklə məlumat əldə etməyə və ya əməliyyatlar aparmağa imkan verdiyi üçün rahatlığı və istifadəsi asanlığı sayəsində populyarlıq qazanmışdır. Bununla belə, QR kodlardan istifadənin artması ilə QR kod fırıldaqlarının qurbanı olmaq riski də artıb.

QR kodu nədir?

ExpressVPN-in araşdırmasına görə, Asiya 1994-cü ildə icad edilmiş, lakin ixtirasından on il sonra geniş yayılmış QR kodlarının istifadəsində liderdir. QR kodu rəqəmsal dəyərlər, əlifba simvolları və xüsusi simvollar kimi müxtəlif məlumat növlərini saxlaya bilən ağ fonda düzülmüş qara kvadratlardan ibarətdir. QR kodlarının istifadəsinin əsas üstünlüklərindən biri onların kiçik bir məkanda əhəmiyyətli miqdarda məlumat saxlaya bilməsidir. Bundan əlavə, QR kodları yaratmaq asandır və heç bir əlavə proqram olmadan əksər smartfonlar tərəfindən oxuna bilər. Bu, onları məlumat və ya xidmətlərə sürətli çıxışı təmin etmək istəyən müəssisələr və təşkilatlar üçün ideal vasitə edir.

Çoxsaylı faydalarına baxmayaraq, QR kodlarından istifadəni tam olaraq bilməyən istifadəçiləri aldatmaq istəyən fırıldaqçılar üçün cəlbedici hədəfə çevrilib. Kibercinayətkarlar tez-tez istifadəçiləri fişinq veb-saytlarına yönləndirən və ya onları cihazlarına zərərli proqram yükləməyə sövq edən zərərli QR kodları yaradırlar. Bəzi hallarda fırıldaqçıların afişa və broşura kimi ictimai yerlərdə qanuni QR kodlarını saxta kodlarla əvəz etdikləri məlum olub.

QR Code fırıldaqlarının qarşısını almaq üçün ehtiyat tədbirləri

QR kod saxtakarlığının qurbanı olmamaq üçün bəzi vacib ehtiyat tədbirləri görülməlidir:

• İlk növbədə, tanış olmayan QR kodları skan edərkən diqqətli olun.

• Əgər ictimai yerdə şübhəli və ya yerində olmayan QR kodu ilə rastlaşsanız, onu skan etməzdən əvvəl iki dəfə düşünün. Bunun əvəzinə müvafiq biznes və ya təşkilata kodun mənbəyini yoxladaraq mənbəyini və həqiqiliyini görün. 

• Zərərli URL bağlantılarını yoxlamaq və ya məzmunu açmadan öncə məzmuna baxmaq kimi təhlükəsizlik xüsusiyyətləri təklif edən QR skanerlərini axtarın. Bu, potensial zərərli vebsaytlara yönləndirmədən və ya zərərli proqram təminatının cihazınıza endirilməsindən çəkinməyə kömək edəcək.

• Həmçinin, smartfonunuzun proqramlarını yeniləyin. Bu, cihazınızın mümkün təhlükələrə qarşı ən son qoruma ilə təchiz olunmasını təmin edəcək. Əlavə olaraq, əlavə təhlükəsizlik səviyyəsi üçün cihazınızda təhlükəsiz antivirus və ya anti-malware proqramının quraşdırıldığından əmin olun.

• QR kodunu skan etdikdən sonra sizə proqramı yükləmək təklif edilərsə, davam etməzdən əvvəl həmişə proqramın mənbəyini və etibarlılığını yoxlayın.

• Naməlum tərtibatçılardan və ya mənfi rəyləri olan proqramlardan ehtiyatlı olun, çünki onlar cihazınızın təhlükəsizliyinə təhlükə yarada bilər.

• QR kodu skan etdikdən sonra giriş və ya maliyyə məlumatları kimi şəxsi məlumatları paylaşarkən diqqətli olun.

• Hər hansı bir həssas məlumatı daxil etməzdən əvvəl həmişə təhlükəsiz və qanuni vebsaytda olduğunuzdan əmin olun.

Mənbə: Bilgi Ustam 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et