
Yuxu gigiyenasına diqqət yetirmək özünüzü daha yaxşı yuxuya hazırlamağın ən asan yollarından biridir.
Hər gün eyni vaxtda (bayram və həftə sonları daxil olmaqla) yatın və səhər eyni saatda oyanın. Eyni vaxtda yatıb yuxuya gedə bilməsəniz belə, səhər oyanma vaxtınız mütləq eyni olmalıdır (məsələn, 09:00).
Özünüzü yatmağa məcbur etməyin. Yuxunuz gələnə qədər yatmayın. Yarım saatdan çox yuxuya getmədən yataqda uzanırsınızsa, yataqdan qalxın, sakit bir şey edin (məsələn, zəif işıqda kitab oxuyun). İlıq duş, sakitləşdirici instrumental musiqi dinləmək ya da bunun kimi rahatlaşdırıcı fəaliyyətlərlə məşğul olun. Yuxunuz gələndə yatağa qayıdın.
Yataq otağının qaranlıq və sakit olduğundan əmin olun. Yatağı yalnız yuxu və ehtiyacınız üçün istifadə edin. Yatmazdan əvvəl isti duş qəbul etmək və bir stəkan ilıq süd içmək tez-tez yuxuya getməyi asanlaşdırır. Gün ərzində günəş işığından yararlanın, gün ərzində evdə qalmayın. Həftədə ən azı üç gün yarım saat gəzinti və gimnastika kimi yüngül məşqlər edin.
Yataqda televizora baxmayın və kitab oxumayın. Yatmadan dərhal əvvəl ağır məşqlər etməyin. Yuxuya getməyinizə kömək etmək üçün spirtli içkilər içməyin. Bu, çox vaxt işə yarayır, lakin davamlı deyil. Bundan əlavə, narahatlıq pozğunluğu kimi psixoloji problemlərinin varsa, spirtli içkilərə ehtiyacınız gündən-günə arta bilər ki, bu da asılılıq riski yaradır. Çox ac və ya tox mədə ilə yatmayın. Axşam saatlarında yüngül yemək yeyin və yuxu ilə yemək arasında 3-4 saat vaxt buraxın.
Axşam saatlarından başlayaraq kola və kofeinli qidalardan (çay, qəhvə, şokolad, kola kimi) istifadə etməyin. Gündüz disert qidalardan çəkinin. Əgər yuxuya getsəniz, günün eyni vaxtında yatın və çalışın bu 40 dəqiqədən çox çəkməsin. Ümumiyyətlə, günortalar (15:00-dan gec olmayaraq) ən yaxşı vaxtlardır.
Mənbə: Evrim Ağacı Soru & Cevap
Tərcümə etdi: Aydan Qasımova
