Bu gün:

Sobanı necə təmizləyək?


Soba mətbəxdə ən çox istifadə olunan əşyalardan biridir. Çörək, peçenye və tort kimi müxtəlif reseptlərin hazırlanmasında istifadə olunur. Buna görə də sobanı düzgün təmizləmək çox vacibdir. Yeməklərin buxarından bir müddət sonra sobanın içərisində kir və yağ təbəqələri əmələ gəlir. Bu təbəqələr həm yeməyin dadına təsir edir, həm də sobanın işinə mənfi təsir göstərir. Düzgün təmizlənmədikdə "sobanın ömrünü" də qısaldır. Sobanın daxili səthi və şüşə hissəsi ən dəqiq şəkildə təmizlənməlidir. 

Limon, soda, su 

Bir qabda 1 paket soda, 1 ədəd limonun suyu və adi suyu qarışdırın. Bu qarışığı bir sprey şüşəsi ilə sobanın içərisinə və xaricinə püskürdün. 30 dəqiqə gözlədikdən sonra sobanın bütün hissələrini nəm bir parça ilə təmizləyin.

Sirkə ilə sabunlu su

Sirkə suyu, xüsusilə, sobanın təmizliyi üçün çox təsirli bir məmulatdır. Qaba 1 stəkan sirkə və 1 stəkan su əlavə edin. Sonra 1 stəkan maye sabun əlavə edin. Çay sodası əlavə edin və maddələri qarışdırın. Hazırladığınız yuyucu toz və süngərdən istifadə edərək sobanın hər yerini təmizləyə bilərsiniz. Təmizləmə prosesi başa çatdıqdan sonra sobanın bütün hissələrini yenidən nəm parça ilə silin. Beləliklə, sobanız ilk günkü kimi olacaq.

Limonlu su

Xüsusilə, sobada kəskin qoxu buraxan yemək bişirildikdən sonra bu üsula üstünlük verilir. Çünki limonlu su həm sobanı kəskin qoxudan azad edir, həm də sobaya parlaqlıq verir. Orta ölçülü bir qaba isti su və limon suyu əlavə edin. Qarışığı qab süngərindən istifadə edərək, şüşə hissədən başlayaraq sobanın hər yerini təmizləyin. 

Sabun və portağal yağı

2 xörək qaşığı sabun, 1 çay qaşığı portağal yağı, 2 xörək qaşığı soda və 1 stəkan qaynar su qarışdırın. Bütün maddələr əriyənə qədər qarışdırın. Təmizləməzdən əvvəl sobanı 140 dərəcədə qızdırın və 10 dəqiqə gözləyin. Soba işləmədiyi halda bu qarışıq ilə sobanın içini təmizləyin. Biraz gözləyin. Sonra hər şeyi nəm bir parça ilə silin. Bu üsul sayəsində sobanızdan portağal qoxusu gələcək.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et