Taxta mətbəx dolablarını necə təmizləmək olar? Mətbəx dolabını təmizləyərkən nələrə diqqət edilməlidir? Gigiyena və qaydanı təmin etmək üçün taxta mətbəx dolablarının təmizlənməsi üsulları bunlardır:
Mətbəx dolabları mətbəxin ən vacib əşyalarından biridir. Boşqab, stəkan və qazan kimi əşyaların saxlanmağını təmin edən bu dolablar paxlalılar üçün anbar kimi də istifadə olunur. Bu səbəbdən mətbəx dolabının təmizlənməsi həftədə bir dəfə aparılmalıdır. Əks halda dolabların içində lazımi gigiyena təmin edilə bilməz. Həm qədim dövrlərdə, həm də son illərdə geniş istifadə edilən taxta mətbəx dolabları düzgün üsullarla asanlıqla təmizlənilir.

Əvvəlcə əşyaları tamamilə çıxarın və dolabların boş qalmasını təmin edin. Bir vedrədə təmizləyici maye sabunu və ilıq suyu qarışdırın. Hazırladığınız qarışıma köhnə diş fırçasını və ya təmizləmə fırçasını batırın. Dar yerlərdə dolab qapılarını və ləkələrini bu şəkildə təmizləyin. Qabyuyan yuyucu mayeni başqa bir vedrədə qarışdırın. Bu suda təmiz bir parça isladın və dolabların içini, onların qapılarını və bütün görünən yerləri silin. Silmə prosesi başa çatdıqdan sonra dolabları yenidən təmiz və quru bir parça ilə silin və nəmini çıxarın. Dolabların nəmini qurutmaq ağacın zədələnməsinin qarşısını alır. Sabunlu su yerinə marketlərdə satılan taxta dolab təmizləyici məhsullardan istifadə edə bilərsiniz. Taxta təmizləyiciləri, ümumiyyətlə, su ilə seyrəldilmiş şəkildə istifadə olunur. Buna görə də məhsulun istifadəsinə dair təlimatları mütləq nəzərdən keçirin.
Köhnə üslublu mətbəx dolablarında, çıxıntılara görə parça qalıqları qala bilər. Əgər belə bir şey görsəniz, mikrofiber parça istifadə etməyə çalışın.

Ümumiyyətlə, həftədə bir dəfə mətbəx dolablarını təmizləyin. Ayda bir dəfə ətraflı təmizlik etməyi unutmayın. Dolabların içini yenidən quraşdırmadan əvvəl, dolabların tamamilə quruduğundan əmin olun.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
